image-qanunla-reklam
image-fotojet-89

Rusiya xəstəxanasında HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı – FOTO

image-lady-day-az

 

Rusiyanın Stavropol vilayətinin Svetloqrad şəhərində sərxoş həkim xəstəxanada dava salıb.

O, eyni xəstəxananın həkimi olan keçmiş arvadı ilə məişət məsələsini həll etməyə çalışıb.

Tüfənglə xəstəxanaya daxil olan 36 yaşlı cərrah-anestezioloq otaqlardan birinə girərək atəş açıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb; bütün güllələr divara və tavana tuş gəlib. Bundan sonra həmin şəxs silahı divanın altında gizlədib.

Hüquq-mühafizə orqanları çox çevik reaksiya verib, təhlükəli vətəndaş saxlanılıb.

Vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisənin baş vermə şəraiti aydınlaşdırılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki