Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində 425 uşaq həlak olub, 815 uşaq yaralanıb.
Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“2022-ci il oktyabrın 18-də səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1240-dan çox uşaq xəsarət alıb. 425 uşaq ölüb, 815-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.


























