image-qanunla-reklam
image-1671792283-skynews-ukraine-russia-teaser_5706280

Rusiya Ukrayna ilə danışıqlar üçün şərt irəli sürdü

image-lady-day-az

Ukrayna ilə Rusiya arasında danışıqların baş tutması üçün iki hüquqi aspektdə razılığa gəlmək lazımdır. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

“Birincisi, bu gün Rusiyanın daxili qanunlarında – Konstitusiyasında təcəssüm olunmuş Ukraynanın keçmiş ərazilərinin əhalisinin öz müqəddəratını təyin etməsinin nəticələrini tanımaq (və ya heç olmasa səssizcə qəbul etmək lazımdır). İkincisi, mövcud vəziyyət və gələcək beynəlxalq münasibətlər üçün nəzərdə tutulmuş xüsusi beynəlxalq normaların işlənib hazırlanması”, – deyə siyasətçi qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki