image-qanunla-reklam
image-1652692528-sergei_ryabkov_090119_2

“Rusiya NATO-ya birbaşa təhlükə yaradacaq” – Rusiya XİN

image-lady-day-az

Rusiya NATO-ya birbaşa təhlükə yaradacaq.

“Qanunla.az” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO-nun Rusiyanı birbaşa təhlükə adlandırmaq planlarını şərh edərkən bildirib.

O, Rusiya Federasiyasının buna əməl etməli olacağını söyləyib: “Biz bu qiymətləndirmənin zirvəsində olmaq üçün onlara birbaşa təhlükə yaradacağıq”.

Qeyd edək ki, Bloomberg agentliyi adının açıqlanmasını istəməyən NATO nümayəndəsinə istinadən xəbər verib ki, NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək alyansın yeni strateji konsepsiyasında Rusiyanın davranışı “birbaşa təhlükə” kimi qeyd edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki