image-qanunla-reklam
image-1649341637-3c6ac00a-eb88-3671-9f08-427767bfacae_850

Rusiya Kiyevə yenidən hücum edəcək – Generaldan XƏBƏRDARLIQ

image-lady-day-az

“Rusiya qoşunları yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətindədir və bundan sonra onlar Kiyevi götürməyə cəhd göstərəcək”.

“Qanunla.Az” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığı qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə nəzarətə götürməyə cəhd edəcək. Bundan sonra onun yenidən Kiyevə hücum edəcəyi gözlənilir. Rəqib bu məqsəddən əl çəkməyib. Təhlükə hələ də qalmaqdadır”, – o vurğulayıb.

A.Qruzeviç deyib ki, hazırda Kiyevdə vəziyyət gərgindir: “Ukrayna hərbçiləri xarici müdafiə dairəsini genişləndirir, rayonlarda təmizlik zamanı diversantları saxlayırlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki