Rusiya və Ukrayna arasındakı savaş Soyuq müharibə başa çatdıqdan sonra yaşanan ən böyük fəlakətdir.
Qanunla.az xəbər verir ki, bunu ATƏT Baş katibi Tomas Qreminqer “Anadolu” agentliyinə açıqlamasında deyib.
“Bu müharibə gələcək illərdə Avropanın təhlükəsizliyinə təsir edəcək. Buna qarşı Qərb həmişə həmrəyliyini göstərməlidir”, – baş katib bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya Avropanın bir hissəsi olmaqda davam edəcək:
“Əgər biz Avropada təhlükəsizlik və sabitlik istəyiriksə, bəzi nöqtələrdə Rusiya ilə danışmalı olacağıq”.


























