Rusiya Ukraynanın Lvov vilayətində yerləşən Yavorovsk poliqonuna raket zərbələri endirib.
Qanunla.az xəbər verir ki, bu barədə Lvov vilayət administrasiyasından məlumat verilib.
“Raket zərbələri nəticəsində 57 nəfər yaralanıb, 9 qəhrəmanımız isə həlak olub. Bu, rəsmi məlumatdır. Hazırda yanğının söndürülməsi işləri aparılır”, – məlumatda qeyd olunub.
İlkin məlumata görə, ruslar poliqona Saratov vilayətindən 30-dan çox raket atıblar. Raketlərin bir hissəsi vurulub.
***
Rusiyanın Lvovdakı Yavorovsk poliqonuna endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Bu barədə Lvov vilayət administrasiyasından məlumat verilib.
Məlumata görə, daha 134 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.


























