Rusiya Əfqanıstanın Məzari-Şərif bölgəsinin Xayraton şəhərindəki Baş Konsulluğunun əməkdaşlarını ölkədən çıxarıb.
Qanunla.Az xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov yayıb.
Onların müvəqqəti olaraq Özbəkistana yerləşdirildiyi bildirilib.
O, hazırda Rusiyanın Kabildəki səfirliyinin diplomatları üçün heç bir təhdidin olmadığını söyləyib.


























