image-qanunla-reklam
image-1650867663_630_360_1650866447-479

Rusiya daha bir gəmisini İTİRDİ

image-lady-day-az

Rusiya FSB sərhəd xidmətinin Sahil Mühafizəsinə məxsus 22460 layihəli “Rəsul Qəmzətov” patrul gəmisini itirib.

Xəbəraz.org  xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.

Bildirilir ki,  gəmi daxili suların (Volqa-Don kanalı) Xəzərdən Azov dənizinə keçməsi zamanı zədələnib.

“Patrul gəmisini hərəkətə gətirən yedək gəmisi gəminin pərvanə-sükan qrupunun elementlərini zədələyib – valların sol xətti sıradan çıxıb, sol pərvanənin qanadı əyilib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, gəmi 30 noyabr 2021-ci ildə istismara verilib.

Bundan əlavə aprelin 13-də Qara Dəniz Donanmasının “Moskva” kreyserinin flaqmanı “Neptun” kompleksindən iki raketlə vurulub. Aprelin 14-də axşam saatlarında kreyserin batdığı məlum olub.

Aprelin 20-də Ukrayna hərbçiləri Qara dəniz zonasında düşmən gəmisinin batması zonasında axtarış əməliyyatlarını qeydə alıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki