image-qanunla-reklam
image-medvedev

Rusiya bu 4 halda nüvə zərbəsi endirəcək – Medvedyev

image-lady-day-az
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ölkəsinin yalnız 4 halda nüvə silahı tətbiq edə biləcəyini deyib.

Qanunla.az xəbər verir ki, bu barədə D.Medvedyev RİA və RT-yə geniş müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu 4 hadisə aşağıdakılardır:

– Onun ərazisinə nüvə silahından istifadə edilərək zərbə endirilərsə;

– Rusiyaya və onun müttəfiqinə qarşı istənilən nüvə silahı tətbiqi baş verərsə;

– Rusiyanın nüvə qüvvələrini iflic vəziyyətinə salacaq kritik infrastrukturlara müdaxilə olarsa;

– Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüz aktı baş verərsə və bunun nəticəsində ölkənin mövcudluğu təhlükə altına düşərsə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki