image-qanunla-reklam
image-rus-herbi

Rusiya artıq əlilləri də ordu sıralarına cəlb edir

image-lady-day-az

Rusiya Silahlı Qüvvələri artıq əlilləri də ordu sıralarına götürür.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, ruslar qarşılarına keçən hər kəsi öz sıralarına alırlar:

“Məsələn, hərbçilərdən birinin bir gözü uşaqlıqda düşdüyü qəzaya görə görmə qabiliyyətini itirib. Lakin bu, ona məcburi səfərbərlikdən qaçmağa kömək etməyib. Onlar hətta tibbi müayinədən də keçməyiblər, çünki Rusiyanın kimin ön cəbhəyə atılması vecinə deyil. Ona görə də onların alayı Donbasda ukraynalı müdafiəçilər tərəfindən tam məğlubiyyətə uğrayanda işğalçılar düzgün qərar qəbul ediblər: onlar silahlarını yerə qoyub təslim olublar. Bu, onların sağ qalmasının yeganə yoludur”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki