Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Amaras və Gəncəsər monastırlarına gedən erməni zəvvarları müşayiət ediblər.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün sülhməramlılar Amaras monastırına gələn zəvvarları müşayiət edərək, təhlükəsizliyini təmin etdilər. Ümumilikdə, 50-dən çox adam müşayiət olunub”, – deyə sülhməramlı kontingentin zabiti Mark Yeqorçik bildirib.
Qeyd olunub ki, 30 nəfər zəvvar üçün idarədən avtobus ayrılıb, qalanları isə rus sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə gəliblər:
“İkinci marşrutda Xankəndidən Gəncəsər monastırına 40-dan çox dindar müşayiət olunub. Daha sonra hərbçilər bütün zəvvarları geri qaytarıblar”.



















