image-qanunla-reklam
image-nura44

“Rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?”

image-lady-day-az

“Gənc nəslin yaşlı nəslə hörmətsizliyi qəbulolunmazdır. Ölkəmizdə özəl məktəblər çoxdur və təhsil xarici dildədir. Övladlarımın üçü də təhsili ingilis dilində alıblar. Əlavə məktəbdə Azərbaycan, rus və başqa (fransız, alman, ispan) dillərlə bağlı fənlər də keçiblər. Sonra da xaricdə təhsillərini davam etdiriblər”.

Qanunla.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Övladlarından bəhs edən sənətçi  iş tapmağın çətinliyinə toxunub:

“Övladlarımın hər üçü də Azərbaycan dilində danışır, amma yazıda çox səhvləri var. Qınaya da bilmirəm, çünki məktəbdə bütün fənləri ingilis dilində keçiblər. O dildə düşünürlər. İki oğlum xaricdə yaşayır. Sabah qayıdıb gəlsələr, hansısa dövlət işində işləmək istəsələr, necə olacaq bilmirəm. Uşaqlarıma yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm (bu ayrı mövzudur). Yaxşı məktəb və xaricdə yaxşı universitetlər çox bahadır. Mənim kimi çox valideyn övladını özəl məktəblərdə oxutdurur. Azərbaycanda da yalnız ADA Universitetinə ingilis dilində imtahan verib qəbul olmaq mümkündür. Fakültə seçimi də azdır.

Bu qədər vəsait sərf edib, 1000 manat maaşa harasa işə düzəltmək (o da tanışsız mümkün deyil) məntiqsizdir. Ömürünün 16-17 ilini təhsilə sərf edən insan, külli miqdarda pul xərcləyən valideyn əziyyətinin bəhrəsin görməyəcəksə, təbii ki ölkəmizdən kənarda işləyib yaşamağa üstünlük veriləcək. Yəni bu qədər vacib məsələlər qalıb bir kənarda, rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki