image-qanunla-reklam
image-ecb4b63f7ce993db9e762fd27b959268

Rubio İranda MAQATE rəhbərinə qarşı çağırışlara SƏRT REAKSİYA

image-lady-day-az

ABŞ dövlət katibi Marko Rubio İranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə qarşı irəli sürülən həbsetmə və edam çağırışlarını sərt şəkildə pisləyib.

“İranda MAQATE rəhbəri Rafael Qrossiyə qarşı səsləndirilən həbs və edam çağırışları qəbuledilməzdir və bu, qəti şəkildə qınanmalıdır. Biz MAQATE-nin İranda apardığı yoxlama və monitorinq fəaliyyətini dəstəkləyirik və baş direktorla yanaşı, agentliyin əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndiririk. İran MAQATE əməkdaşlarının təhlükəsizliyini və toxunulmazlığını təmin etməlidir,” – deyə Rubio sosial şəbəkə platforması X-də qeyd edib.

Qeyd edək ki, son günlər İran mətbuatı və bəzi siyasi dairələr Rafael Qrossini qərəzli mövqe tutmaqda ittiham edərək onun məsuliyyətə cəlb olunmasını tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki