image-qanunla-reklam
image-1646466646_timthumb-2

Rolls-Royce Rusiyada avtomobil satışını dayandırdı

image-lady-day-az

Almaniyanın BMW AG avtomobil istehsalçısına məxsus Britaniyanın Rolls-Royce şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya avtomobil tədarükünü müvəqqəti dayandırmaq qərarına gəlib.

“Qanunla.az”  xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

“Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə biz Rusiya bazarına avtomobil tədarükünü dayandırırıq. Biz vəziyyəti və biznesimiz üçün mümkün nəticələri qiymətləndirməyə davam edirik”, – deyə  şirkətin açıqlamasında qeyd olunub.

Bundan əvvəl Almaniyanın “Porsche” şirkəti də Rusiya bazarına avtomobil idxalını dayandırdığını bəyan etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki