image-qanunla-reklam
image-gdib-reys2

“REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsinin icrasına başlamışdır

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsinin icrasına başlamışdır. Layihə 4 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.

Layihənin məqsədi regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Layihənin uğurla davam etdirilməsi və problemin daha çox kütləyə çatdırılması üçün yeniyetmə və gənclərin iştirakı ilə layihənin təqdimat mərasimi keçiriləcək.

Növbəti mərhələdə Zərdab rayonu üzrə 7 məktəbin yuxarı sinif  şagirdləri üçün Soft Skills`in inkişaf etdirilməsi istiqamətində Təlimlər təşkil olunacaq. Təlimlərdə uğurlu karyera qurmaqda Soft Skills`in rolundan və müəyyən edilmiş yumşaq bacarıqların inkişaf etdirilməsi istiqamətində söhbətlər aparılacaq.

Sonda isə Zərdab rayonunda 20 yeniyetmə və gəncin iştirakı ilə “Karyera Forumu” adlı tədbir keçiriləcək. Forumun məqsədi yeniyetmə və gənclərin uğurlu karyera yolunda onlara Yumşaq bacarıqların əhəmiyyətini anlatmaqdan ibarətdir.

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki