image-qanunla-reklam
image-dsc_0056

“REYS2 – Region yeniyetmələri üçün Soft Skills” layihəsinin təqdimatı keçirildi-FOTO

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin keçirilməsi adlı layihənin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib. Təqdimatda 100 nəfər – məktəbli, müəllim və valideynlər iştirak edib.

Qanunla.Az xəbər verir ki, ilk öncə təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan etdi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təşkilatın sədri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.

Təqdimatda Zərdab RİH nümayəndəsi Tural Nağıyev, Gənclər və İdman sektorunun nümayəndəsi Əvəz Soltanov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və üzvlərimiz Rəvanə Hidayətova və Bünyamin Məmmədov çıxış edərək layihənin önəmindən danışıblar.

Çıxış edənlər Yeniyetmələr üçün yumşaq bacarıqların əhəmiyyətindən danışdılar. Yumşaq bacarıqlar (Soft Skills) insanın başqaları ilə işləmək qabiliyyətinin təkmilləşdirilməsinin vacib hissəsidir və gənclərin karyeralarının irəliləməsində müsbət təsir göstərən əhəmiyyətli məqamlardan biridir. Onların olmaması gənclərin potensialını məhdudlaşdıra bilər və ya hətta işlərinin süqutu ola bilər. Xüsusən region gəncləri və yeniyetmələri üçün yumşaq bacarıqların inkişafı çox önəmli məsələlərdən biridir.

Layihənin məqsədi Regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Skills) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb. İştirakçılar çay süfrəsində müzakirələrə davam ediblər.

Qeyd edək ki, layihənin növbəti mərhələsində məktəblərdə yeniyetmə şagirdlərin iştirakı ilə təlimlər və son olaraq yeniyetmə gənclərin iştirakı ilə Karyera Forumu keçiriləcək.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_0056image-dsc_0084image-dsc_0092image-dsc_0104image-dsc_0109image-dsc_0114image-dsc_0121


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki