Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır
12 noyabr 2025-ci ildə Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edən Prezident cənab İlham Əliyevin çıxışı, ölkənin dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını əks etdirir. Bu çıxışda cənab Prezident həm strateji istiqamətləri müəyyənləşdirdi, həm də idarəçilik mədəniyyətinin mənəvi dayaqlarını bir daha aydın şəkildə göstərdi. Prezident cənab İlham Əliyevin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri, əslində, məmur təyin olunmaqla bitməyən, əksinə, xalq qarşısında başlanğıc götürən məsuliyyət anlayışını təsbit edir.
Cənab Prezident vurğuladığı “xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” tələbi müasir Azərbaycan idarəçilik sistemində dövlət və vətəndaş münasibətlərinin təməl fəlsəfəsini formalaşdırır. Bu, təkcə inzibati çağırış deyil, həm də siyasi-mənəvi prinsipdir. Cənab Prezident bu modeldə dövlətin uğurunun açarını xalqa yaxınlıq, şəffaflıq və məsuliyyətli xidmət kimi dəyərlərdə görür. Cənab Prezidentin “Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” sözləri sadə görünsə də, dərin mənaya malikdir. Çünki təvazökarlıq burada fərdi keyfiyyət yox, dövlət idarəçiliyinin davranış standartıdır. Bu, xalqla məmur arasında səmimiyyət körpüsünü qoruyan əsas şərtdir. Ölkə rəhbəri çıxışı ilə mesaj verdi ki, korrupsiya və rüşvətə qarşı sistemli mübarizə məsuliyyət dövrü başlayır. Prezident cənab İlham Əliyevin çıxışında ən sərt və prinsipial mesajlardan biri korrupsiya və rüşvətə qarşı barışmaz mövqeyin bir daha bəyan olunması idi. O qeyd etdi ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Bu, sadəcə xəbərdarlıq deyil, bu, dövlətin etik və hüquqi immunitetinin qorunması çağırışıdır. Son illərdə aparılan dərin kadr və struktur islahatları da bu istiqamətə yönəlib. Cənab Prezidentin sözləri göstərdi ki, dövlət təmizlənmə prosesini qətiyyətlə və davamlı şəkildə həyata keçirməkdə qərarlıdır.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc



















