image-qanunla-reklam
image-media-w_1616817255606254753577_1000x669_640-apt3oikl9qjuvn6x028h

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir

image-lady-day-az

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir

Müstəqillik tariximizin bu qürurverici hadisəsini xüsusi qeyd etməliyik ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana geri qaytardı və bununla da tarixi ədalət bərpa olundu.

Artıq işğaldan azad edilmiş ərazilərimizin  bərpası, yenidən qurulması həyata keçirilir. Bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələrə nəzər salaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.

Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident cənab  İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

aHazırda işğaldan azad edilmiş bütün ərazilərimiz quruculuq meydanına çevrilib. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Doğma yurd-yuvalarına qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Əsas hədəf onların yüksək səviyyədə yaşayışının təmin edilməsidir.

 

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki