image-qanunla-reklam
image-media-c1a3d347168086776828117291110828825-v78hfg4esi913lynx2bz

Rayonun işğaldan azad olunması

image-lady-day-az

Rayonun işğaldan azad olunması

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin yarısından çoxu yaşayır.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.Azərbaycan xalqının tarixində şərəfli anlar, qələbələr çox olub. Onların sırasında 2020-ci il oktyabrın 17-si Füzulinin Ermənistan işğalından azad edilməsi Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.  17 oktyabr tarixi bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb olmuş, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi. Füzulinin azad edilməsi ilə həm də Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başlandı. Artıq Füzulidə quruculuq və bərpa işləri geniş vüsət alıb. insanlar dogma yurdlarına qayıdırlar. Azərbaycan xalqının milli ruhu, birliyi və dövlətimizin güclü iqtisadi potensialı Füzulini qısa zamanda yenidən dirçəldir, onu müasir və abad bir şəhərə çevirir

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki