Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad edilib.
Qanunla.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu işdən çıxarılıb.
Qeyd edək ki, A.Dilavərov Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalovun dövründə həmin vəzifəyə təyin edilmişdi. Xatırladaq ki, Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.




















