image-qanunla-reklam
image-guba_mass_grave_bones

Quba qırğınları

image-lady-day-az

Quba qırğınları

İşğalçı imperiyalar, biri-birindən güclü düşmənlər zaman-zaman Böyük Azərbaycan ölkəsinin torpaqlarını hissə-hissə ələ keçirməyə, tarixini saxtalaşdırmağa və gələcək nəsillərə unutdurmağa çalışmışlar.

1905-1907-ci illərdə ermənilər ən dəhşətli vəhşilikləri və işgəncələri Qubada törətmişlər. Quba ölkəmizin şimal qapısı və müdafiə baxımından mühüm strateji əhəmiyyətli mərkəzlərindən biridir. XX əsrin  əvvəllərində Quba qəzasında baş vermiş hadisələrin sadəcə olaraq “faciə” sözü ilə ifadə edilməsi vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz qırğın idi. Qırğınların baş verdiyi ərazilər Bakı quberniyasının Bakı, Quba, Şamaxı şəhərləri, Şamaxı, Quba, Göyçay qəzalarının kəndləri idi. 1918-ci ilin martında Bakıda qırğın və talanlar ilə başlayıb, zəncirvari şəkildə  Şamaxıda, Qubada, Göyçayda və Azərbaycanın digər qəzalarında davam etdirilərək, Qarabağda, Zəngəzurda, Naxçıvanda, xüsusilə indiki Ermənistan ərazilərində amansızlıqla həyata keçirilmişdir. Erməni qaniçənləri bu ərazilərdə minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətlərinə görə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın minlərlə tarixi abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Quba faciəsinin əsas cəhəti odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna əvvəlcədən geniş hazırlıq işləri görülmüşdür. Çünki, qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni-daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Bu vandalizm nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

Quba şəhərində 2007-ci ildə kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi zamanı aydın oldu ki, Quba əhalisi ermənilər tərəfindən inanılmaz zorakılıqlara məruz qalaraq məhv edilmişdir. Təbii ki, bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı təsdiqləyir.

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Mifik “Böyük Ermənistan” ideyası.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.

Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları uzun və mürəkkəb bir tarixə malikdir. Ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər. Ermənilər Dağlıq Qarabağa həmişə xüsusi maraq göstərmişlər. Bunun səbəbi aydındır: erməni tarixşünaslığında belə bir saxta konsepsiya özünə möhkəm yer tutmuşdur ki, bu bölgə ermənilərə məxsusdur. Qatı şovinist mövqeli “Daşnaksütyun” partiyası məhz bu qondarma ideyaya uyğun olaraq keçən əsrin sonlarından başlayaraq dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq və Azərbaycanın Kür çayından cənuba olan ərazisini də zəbt etmək siyasəti yürütmüşdür. Bu planı əməli surətdə həyata keçirmək, ermənilərin səfərbərliyini təmin etmişdir. Halbuki bunu əyani sübut edən ermənilər tərəfindən 1978-ci ildə Ağdərə ərazisində ermənilərin bura köçürülməsinin 150 illiyi münasibətilə abidə tikilmişdir. Bu abidənin qoyulması köçürülmənin tarixi reallığıdır.

Tarix boyu Avropa dövlətlərinə arxalanan ermənilər öz çirkin niyyətlərindən əl çəkməyərək, həmin dövlətlər vasitəsi ilə ərazi iddiası qaldıraraq, onları türklərlə müharibəyə sövq edirdilər. Lakin Avropa dövlətlərinin başçıları gözəl bilirdilər ki, dini eynilik zəminində onları müsəlman Şərqinə qarşı qıcıqlandırmaq və acıqlandırmaq kimi mənfur erməni planı düşünülüb ortaya atılmışdır. 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu döyüş meydanında bütün şəhidlərimizin, günahsız qurbanların qisasını düşməndən aldı. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları azad etdi. Ölkənin ərazi bütövlüyü bərpa olundu. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınılmalıdır

“Mifik “Böyük Ermənistan” ideyası zaman-zaman Azərbaycan torpaqlarının itirilməsi ilə yanaşı, soydaşlarımızın faciə ilə üzləşməsinə səbəb olub. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində sərsəm səslənən mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Sözügedən tarixdə dinc əhaliyə qarşı törədilmiş cinayətlər ölçüyəgəlməzdir. Dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki zədələr yetirilmişdir. 1918-ci il Azərbaycan tarixində təzadlı hadisələrlə dolu olub. Həmin ildə milli-azadlıq mübarizəsi aparan Azərbaycan xalqı soyqırımı kimi ağır bir faciə yaşamış və eyni zamanda, demokratik dövlət qura bilmişdi. 1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda bolşevik–daşnak alyansı tərəfindən törədilmiş soyqırımı xalqın qan yaddaşında faciə kimi qalsa da, Azərbaycan milli hərəkatının öz hədəfini demokratik cümhuriyyətə doğru qəti müəyyən etməsi ilə də nəticələnib. Bu səbəbdən də zaman–zaman xalqın gələcəyi naminə qürurverici və eyni zamanda çox ağrılı olan bu tarixin vərəqlənməsi zəruridir.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra çoxəsrlik tariximizin hər bir səhifəsinin öyrənilməsi və təbliği qarşıya prioritet məsələ kimi qoyuldu. 1993-cü ildən sonrakı dövr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlarla zəngin bir dövrdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Tarixi faktlara əsaən 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Sözügedən tarixdə dinc əhaliyə qarşı törədilmiş cinayətlər ölçüyəgəlməzdir. Dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki zədələr yetirilmişdir.

Ulu Öndər Heydər Əliyevin soyqırımı barədə dedikləri bu gün də hər birimiz üçün prioritetdir: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki