image-qanunla-reklam
image-qh-prezident

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi  həyatında mühüm əhəmiyyət kəsb edir

image-lady-day-az

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi  həyatında mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycanın 30 ildən bəri təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, 2020-ci ilin payızında apardığı Vətən müharibəsində haqlı tərəf kimi  ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələlər həmin zaman Azərbaycana  qarşı qarayaxma, böhtan kampaniyasına başladılar.

Bəzi ölkələr işğalçıya qarşı mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Prezidenti xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi mürəkkəb və qaynar münaqişələrin məngənəsində boğulan dünyamızda sülhün, həmrəyliyin,  ümumi tərəqqinin üstün gəlməsi uğrunda mübarizədə fəal müzakirələr və məqbul qərarlar qəbul edilməsi üçün səmərəli bir platformadır.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda bildirdiyi kimi: “Bu gün, zənnimcə, Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada – Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Bu günə və sabaha yönəlik fəaliyyəti ilə bəşəri ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi  həyatında mühüm əhəmiyyət kəsb edir.

Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki