Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.
Martın 13-də Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda öz işinə başlayan XII Qlobal Bakı Forumu dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimi, o cümlədən 50 fəaliyyətdə olan və sabiq prezidenti, Baş naziri, həmçinin BMT strukturlarının rəhbərlərini, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsinə geniş imkanlar yaradır. Martın 15-dək davam edən Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. İstər Forum, istərsə də panel iclaslar üçün seçilən mövzulara diqqət yetirsək hazırkı dövrün çağırışlarını özündə ehtiva etdiyini görərik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Dövlət başçısı cənab İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib” söyləyərək onu da əlavə etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bu illər ərzində çox əla işlər gördüyü və belə bir mühüm beynəlxalq tədbiri təşkil etdiyi üçün təbrik edirəm. Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi. Bu, COP29-un uğuruna böyük töhfə idi. COP29 ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi”.
Azərbaycan daim əməkdaşlığa, sülhə, təhlükəsizliyə, qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır: Prezident cənab İlham Əliyevin hər bir çıxışı əməkdaşlığa, birgə səylərin göstərilməsinə, hədəfə nail olmaq üçün birgə addımların atılmasına çağırışlarla zəngindir. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunda diqqəti 2019-cu ilin sonlarından dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycanın dəstəyindən, həmçinin iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbirinin əhəmiyyətindən geniş bəhs etdi. Bildirdi ki, COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik.Təbii ki, ölkəmiz bu addımı ilə yalnız özünü düşünmədiyini, köməyə ehtiyacı olanlara öz dəstəyini əsirgəmədiyini təsdiqlədi.
Azərbaycan iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə də öz davamlı töhfələrini verir: “COP29 tarixə Bakı nailiyyəti kimi yazıldı. Cənab İlham Əliyev XII Qlobal Bakı Forumunda ötən ilin mühüm hadisəsi olan COP29-da yüksək nəticələrin əldə olunmasında Azərbaycanın göstərdiyi səylərdən geniş bəhs edərək bildirdi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən Qlobal Bakı Forumları Azərbaycan reallıqlarının təbliğində mühüm rol oynayır. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal çağırışlara yönəldir. XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunadır.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.Forumun açılış mərasimində ölkə başçımız çıxış edib. Bir çox məsələlərə toxunan dövlət başçımız Ermənistan Azərbaycan münasibətlərinə də fikir bildirib.
Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində Ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Biz Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Biz bunu heç vaxt yaddan çıxarmayacağıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Prezident cənab İlham Əliyev Ermənistanın silahlandırılmasına da münasibət bildirib.
Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.Ancaq əslində onlar yeni müharibəyə hazırlaşır .Ölkə başçımız bildirib ki, Ermənistan nə edir etsin bu onlar üçün xəyal olaraq qalacaqdır.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə