Noyabrın 21-də Yasamaldakı yanğın zamanı azyaşlı qızı Arzunu itirən Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov sosial şəbəkə hesablarında təsirli paylaşım edib.
“Qanunla.az” həmin paylaşımı olduğu kimi təqdim edir:
“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni… Nur içində yat, Arzum❤️”
Qeyd edək ki, noyabrın 21-də paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 25 nəfər isə tüstüdən zəhərlənib.
Yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.
Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Orxan Rasifoğlu


























