image-qanunla-reklam
image-1659347514-dc860853-0d31-4788-ab30-7803a3e641fd_1562130683

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırıldı

image-lady-day-az

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Bu barədə “Qanunla.az”a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb:

“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki