image-qanunla-reklam
image-199403325_3811097742335570_9200436769005466281_n

Qənirə Paşayeva aşıq Çingiz Mehdipuru 60 illik yubileyi münasibətilə təbrik edib-FOTO

image-lady-day-az
MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva aşıq Çingiz Mehdipuru 60 illik yubileyi münasibətilə təbrik edib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış aşıq, “Dalğa” musiqi qrupunun, “Rövşən” musiqi məktəbinin qurucusu Çingiz Mehdipurla Mədəniyyət komitəsində görüşüb. Tanınmış sənətkarı 60 illik yubileyi münasibətilə təbrik edən Q.Paşayeva onu aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq kimi məşhur olduğunu bildirib. Aşıq Çingiz Mehdipurun gənc istedadların üzə çıxması və onların sənətin sirlərinə yiyələnməsi istiqamətində fəaliyyətini minnətdarlıqla qeyd edib.
Q.Paşayeva yubilyara tanınmış rəssam Sabir Çopuroğlunun müəllifi olduğu rəsm əsərini hədiyyə edib.
Aşıq Çingiz Mehdipur Q.Paşayevaya səmimi qəbul və təbrik üçün təşəkkür edib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iştirak edib.
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki