image-qanunla-reklam
image-esref-qani-yeni

Qəni ölkəsinə dönəcək: Əfqanıstan vətəndaş müharibəsi ilə…

image-lady-day-az

Əşrəf Qəninin Əfqanıstana qayıtması heç bir şeyi dəyişməyəcək. Hazırda onun nə mövcud vəziyyəti dəyişmək üçün gücü, nə də Talibanla mübarizə aparmaq üçün dəstəkçiləri var. Digər tərəfdən, düşünürəm ki, onun ölkəni tərk etməsi də məhz Talibanla razılaşma əsasında baş tutub.

Bu sözləri Qanunla.Az-a politoloq Teymur Qasımlı deyib.

O bildirib ki, Əşrəf Qəni ölkəsinə dönəcəyini açıqlasa da bunun tez bir zamanda baş tutması real deyil:

“Ümumiyyətlə, Qəni və Taliban arasında hansısa bir mübarizənin olma ehtimalı çox azdır. Yəni onun belə bir düşüncəsi olsa idi, hər halda ölkəni tərk etməzdi. Digər tərəfdən, Talibanın son çıxışlarından da görünür ki, hərəkat ölkədə etimad hökuməti qurmağı planlayır. Yəni hər kəsin istəyi nəzərə alınacaq. İndiki halda Əfqanıstanda Talibana müqavimət göstərəcək ciddi bir qüvvə yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki