image-qanunla-reklam
image-media-sasa2-e1636227947190-pjqo6s0a4czitlum1ney

Qəhrəman Ordu

image-lady-day-az

Qəhrəman Ordu

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən ordumuzun əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdi. Prezident cənab İlham Əliyev bu xoş xəbəri “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!” Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. 44 günlük Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. 17 oktyabr Füzuli şəhərinin işğaldan azad edildiyi tarixdir.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir. Prezident cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra Füzuli rayonuna ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra söylədiyi bu fikirləri bir daha yada salmaq istərdik: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Füzuli uğrunda döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaq. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdi. Müharibənin başlandığı ilk gündən qazanılan qələbə Ordumuzun döyüş ruhunu artırdı. 44 günün hər günü tariximizin Zəfər səhifəsi kimi vərəqlənir. Rəşadətli Ordumuz elə bir gün olmadı ki, hansısa rayonu, kəndi, strateji yüksəkliyi azad etməsin. Uğurla davam edən Zəfər yürüşü noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi, 10 noyabr tarixində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. İşğaldan azad edilmiş ərazilərimizin bərpasına başlanıldı. Qarabağımızın digər guşələri kimi, Füzuliyə də həyat yenidən qayıdır. İşğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verild. Artıq Füzuliyə davamlı olaraq yerli sakinlərin məskunlaşması təmin edilir.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki