image-qanunla-reklam
image-4691f3f4-e4c3-4e0e-bfb1-c7f6e9903abc

Qazaxda qohumu qətlə yetirən şəxsin cəzası 5 il 9 ay azaldıldı – EKSKLÜZİV

image-lady-day-az

Qazaxda qohumunu qətlə yetirən Rəşad Məhərrəmovun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə onun vəkili 28 saylı vəkil bürosunun vəkili Nicat Mehtixanovun müvəkkili barəsində seçilmiş 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinin əsassız verildiyi, ləğv edilərək tövsif edilməsi və 221.1-ci (xuliqanlıq) maddəsinə xitam verilməsi barəsində verdiyi şikayətə baxılıb.

Daha sonra qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsinə xitam verilib.

Yekun olaraq, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrında Qazax rayonunda baş verib.

Belə ki, Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Qəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Dərhal rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Qəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla onu qətlə yetirib.

Qeyd edək ki, hər iki şəxs qohum olublar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Orxan Rasifoğlu

image-4691f3f4-e4c3-4e0e-bfb1-c7f6e9903abc image-img_4432 image-9a3f2693-7e8f-4b70-9a51-f9e1f6842ce0


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki