Bu barədə Qanunla.az-a daxil olan vətəndaş şikayətində bildirilib ki, ərazi üzrə qaz idarəsindən sayğacların sıfırlanmasının yanvarın 10-a qədər tamamilə yekunlaşdırılacağı deyilib. Lakin hələ də sayğaclar sıfırlanmayıb.
Bununla bağlı saytımıza açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib ki, qaz sayğaclarının sıfırlanması prosesi bu gün başa çatacaq:
“Ola bilsin ki, bəzi vətəndaşların evdə olmaması ilə əlaqədar sayğacların sıfırlanmasında kiçik problemlər yaransın. Lakin proses ümumilikdə bu gün yekunlaşdırılacaq”.



















