image-qanunla-reklam
image-1646807410_439731893_0_0_2711_1526_1920x0_80_0_0_c64754a247faf716389b819545ce1663

“Qarşıdakı 10 gündə sağ qalsaq, Putin danışıqlar masası arxasına əyləşməyə məcbur olacaq”

image-lady-day-az
ABŞ Rusiya neft və qazından imtina etdikdən sonra Rusiya prezidenti Vladimir Putin danışıqlar masasına oturmağa məcbur olacaq.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko Facebook-da yazıb. O hesab edir ki, bu, yaxın 10 gün ərzində baş verə bilər.
“Biz dünya üçün çox vacib hala gəldik” deyə bildirən Vadim Denisenkonun sözlərinə görə, indi bütün dünya “qazın qiymətini necə endirmək olar” məsələsini həll etməyə çalışır.
“Bizim vəzifəmiz qarşıdakı 7-10 gün ərzində sağ qalmaqdır. O zaman böyük ehtimalla Putin danışıqlar masası arxasına əyləşməyə məcbur olacaq”, – Denisenko yazıb.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden martın 8-də Rusiyadan neft idxalına qadağan qoydu.
Bayden bildirib ki, onun bu addımı Vladimir Putinin Ukraynada apardığı müharibəyə “güclü zərbə” olacaq.
ABŞ prezidenti bunu da vurğulayıb ki, “amerikalılar azadlığın müdafiəsi üçün bütün xərcləri çəkməyə hazırdırlar”.
Vaşinqtonla həmrəylik əlaməti olaraq Britaniya elan edib ki, bu ilin sonunadək Rusiya neftindən istifadəni tamamilə dayandıracaq.
Rusiya qazından asılılığı olan Avropa İttifaqı isə Rusiyadan qaz idxalını üçdə iki nisbətində azaltmaq niyyətində olduğunu bildirib.
Bundan əvvəl Ukrayna prezidneti Volodimir Zelenski Qərbi dəfələrlə Rusiya neftinə və qazına embarqo qoymağa çağırmışdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki