image-qanunla-reklam
image-semaye45

Qaradağ RİH-dən Polad Həşimovun anasının idman klubunun binasına buraxılmaması iddiasına reaksiya

image-lady-day-az

Qaradağ Rayon İcra Hakimiyyəti Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanın Qızıldaş qəsəbəsində P.Həşimov adına idman klubunun binasına buraxılmaması iddiasına reaksiya verib.

Qanunla.az-a daxil olan məlumat da deyilir:

“11 iyul 2023-cü il tarixində Milli Qəhrəman Polad Həşimovun ildönümü ilə əlaqədar keçirilmiş tədbirin əvvəlcədən müəyyən olunduğu kimi Qaradağ rayonunun, Qızıldaş qəsəbəsində yerləşən mədəniyyət evində deyil, qəsəbədə fəaliyyət göstərən Laçın restoranında keçirilməsi ilə bağlı bildiririk ki, tədbirin keçiriləcəyi barədə Qaradağ Rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamışdır. Bundan əlavə qeyd edək ki, Qızıldaş qəsəbəsində yerləşən mədəniyyət evi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansındadır və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Mədəniyyət Nazirliyinin balansında olan hər hansı bir müəssisədə tədbirin keçirilməsi üçün tədbirdən bir neçə gün öncə razılığın alınması məqsədi ilə məktub ünvanlanır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki