image-qanunla-reklam
image-1612782690_get_news_image_slider-2021-02-08t150913_740

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var

image-lady-day-az

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var.

Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevirilməsi, resusrlardan səmərəli istifadə hökümətin əsas prioritetlərindəndir. Cənab Prezident İlham Əliyevin mətbuat konfransında bu məsələyə vurğu etməsi əbəs yerə deyildi. Çünki Qarabağın təbii coğrafi şəraiti bunun üçün çox əlverişli və zəngindir. Həmçinin biz bunu reallaşdırmaqla həm enerji sahəsində inkişafımızı artıra , həmçinində dünya ölkələri üçün bir rol model ola bilərik. Su, külək, günəş kimi mənbələrdən alınan enerji yaşıl enerji sayılır. Bərpa olunan enerji mənbələri adlandırılan bu mənbələrin karbon emissiyalarını azaltması, qlobal iqlim dəyişmələrinə töhfə olacaqdır. Hal-hazırda Azərbaycanda elektrik enerji istehsalında 90%- dən çox təbii qazdan istifadə edilir. Buda həm ekologiyaya zərər vurur , həmçinində elektrik enerjisinin istehsalının baha başa gəlməsinə səbəb olur. Ancaq biz bu layihəni reallaşdırdıqdan sonra həm ölkə büdcəsinə daxil olmalar artacaq, həmdə enerjini təbiətimizə ziyan vurmadan əldə etmiş olacağıq. Kəlbəcər-Laçın küləkli zona olması, Zəngilan-Cəbrayıl zonasına il ərzində düşən günəş şüalarının miqdarının çox olması elecədə , ümumilikdə Qarabağ zonasının su anbarlarının zənginliyi həm “yaşıl enerji”-nin əldə edilməsindəki səmərəliyi artıracaq, həmçinin də investorların diqqətini cəlb edəcəkdir. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Məlumdur ki, Azərbaycan böyük qaz-neft ehtiyatları vardır. Lakin, bu enerji ehtiyyatları nə vaxtsa tükənəckdir. Biz tükənməz enerji ehtiyatına keçid edərək bugünki enerji ehtiyyatlarımıza qənaət etmiş olmaqla bərabər, gələcəyimizi enerji sahəsində təminat altına almış oluruq. Həmçinin bərpa olunan enerji mənbələri həm də təbii qazın çəkilişinin mümkünsüz və iqtisadi səmərəli olmayan məntəqlərin enerji tələbatı üçün həll yoludur. Mən əminəm ki, bu layihə reallaşacaq və Azərbaycan dünyada “yaşıl enerji” ölkəsi kimi tanınacaqdır!

Səmədağa Məmmədov,
Saatlı rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki