image-qanunla-reklam
image-media-d55329e2-bec9-47b5-a7fc-5c1b32a4593d_qarabag726820655_251ce61985af6faceb967ec87bde0404-45bg2walznj0rvxyp36c

Qarabağ Universitetinin yaradılması

image-lady-day-az

Qarabağ Universitetinin yaradılması.

 Konstitusiya və Suverenlik ilində Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ikinci ildir ki, qeyd olunur. Bu yaşayış məntəqələrində işğaldan sonra Azərbaycan bayrağı 2023-cü il oktyabrın 15-də dalğalandırıldı. Dövlət bayrağımızı bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ucaltdı. Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra işğaldan azad edilmiş şəhərlərə tarixi günlər ad edildi. 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günüdür. Bu tarix qürurla xatırlanan bir tarix kimi Azərbaycan dövlətçiliyində mühüm yer tutur. 2023-cü il sent­yabrın 19-da həyata keçirilən antiterror əməliyyatı nəticəsində bu şəhərlər də işğaldan azad edildi. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” yaradıldı. Bu ali təhsil ocağı da tarixi Zəfərin işığında fəaliyyət göstərir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayon­la­rı­nın inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu da Qarabağın dinamik inkişafında müəyyən sosial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş Xankəndinə, Xocalıya müxtəlif vaxtlarda səfərlər edib.  Bu səfərlərin hər birində işğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işlərinin tərkib hissələrinin təməlqoyma mərasimlərində, açılışlarında iştirak edib. Bu səfərlərin hər biri tarixdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə bu ilin 20 sentyabr səfəri də belə tarixləşdi. “Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”. Dövlət başçımız bu şəhərlərə ad olan tarixi gün haqqında əlavə olaraq dedi:”Bu əlamətdar günün təsis olunması uzun və məşəqqətli 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdı”.

 

Rayon Ağsaqqallar Şurasının sədri- Rasim Hüseynov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki