image-qanunla-reklam
image-media-d55329e2-bec9-47b5-a7fc-5c1b32a4593d_qarabag726820655_251ce61985af6faceb967ec87bde0404-45bg2walznj0rvxyp36c

Qarabağ Universitetinin yaradılması

image-lady-day-az

Qarabağ Universitetinin yaradılması

Cənab Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir.

Ötən il Qarabağ Universiteti üçün bir sıra yaddaqalan hadisələrlə zəngin oldu. Həmin hadisələri şərti olaraq iki dövrdə qruplaşdırmaq olar: birincisi, Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı, ikincisi isə bu ali təhsil müəssisəsinin açılışı və ilk tədris semestri dövrüdür. Dövlətimizin yüksək diqqət və qayğısı sayəsində bu dövrlərdə görülən işlər uğurla nəticələnib. Hər iki dövrdə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş nailiyyətlər və qarşıya qoyulmuş strateji vəzifələr Qarabağ Universitetinin potensialının gücləndirilməsinə, milli və beynəlxalq ali təhsil məkanında tanıdılmasına və nüfuzunun artırılmasına xidmət edir.

Cənab Prezident İlham Əliyevin ötən il iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olması bu ali təhsil müəssisəsinin fəaliyyətinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunələrindən sayılır, bölgənin canlanmasında və hərtərəfli inkişafında universitetin roluna verilən strateji önəm və yüksək dəyər hesab edilir.

Qarabağ Universitetinin ilk tədris ilinə hazırlığı dövrünü xarakterizə edən başlıca nailiyyətlər sırasında təcrübəli, peşəkar akademik və inzibati heyətin formalaşdırılmasını, müasir tələblərə cavab verən tədris və sosial infrastrukturların yaradılmasını, yeni akademik məzmunda kadr hazırlığı proqramlarının qurulmasını, ölkə ərazisində universitetin genişmiqyaslı tanıdılmasının həyata keçirilməsini və yüksəkkeyfiyyətli tələbə qəbulunun reallaşdırılmasını xüsusi qeyd etmək olar.

Həmin nailiyyətləri bir qədər də konkretləşdirsək, böyük fərəhlə qeyd edə bilərik ki, əksəriyyəti nüfuzlu xarici universitetlərdə təhsil almış 160-a yaxın təcrübəli akademik və inzibati heyətlə, 1104 tələbə qəbulu ilə Qarabağ Universiteti cari tədris ilinin ehtiyaclarına uyğun müasir infrastrukturla təmin edilmiş 3 tədris binasında və 6 fakültədə (İncəsənət, İqtisadiyyat, Pedaqoji, Turizm, Mühəndislik, Humanitar və sosial elmlər) 27 ixtisas üzrə yeni akademik məzmunda tədris prosesinin təşkili üçün hazır vəziyyətə gətirilib.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki