image-qanunla-reklam
image-1422057

Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar

image-lady-day-az

Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar.

Prezident İlham Əliyevin 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı hələ də yaddaşlardadır. Prezidentin sözügedən çıxışında Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artırılması .ən mühüm vəzifə kimi qoyulmuşdur. İslahatları davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır.Son illər ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Təkcə enerji siyasətimizə baxmaq kifayətdir ki, xalqımız, dövlətimiz və qitə üçün nələr etdiyimizi görək.. Biz neft ixracında kəmərlərin fəaliyyətini çox çətin geosiyasi vəziyyətdə minimum itkilərlə etdik. Nəinki bunu etdik, hətta yeddi ölkə arasında uzunmüddətli beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu ölkələr artıq təbii dostlardır, müttəfiq olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə də bizim rolumuz danılmazdır və biz bu sahədə liderik.Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Bizim parlament siyasi plüralizmin təzahürü olan çoxpartiyalıdır. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır.Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər.Məsuliyyəti artıran amil kimi hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Çünki aparılan islahatların mahiyyəti də budur. Altıncı çağırış Milli Məclisə keçirilmiş seçkilər legitimlik cəhətdən heç bir şübhə doğura bilməz. Prezident cənab İlham Əliyev bu mötəbər təşkilatın birinci iclasında söyləmişdir ki, biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir.

Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu

 

 

 Qanunvericilik təşəbbüsləri.

Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atan Azərbaycan Parlamenti fəaliyyətini uğurla davam etdirir. Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələri bu gün Prezident cənab İlham Əliyevin proqram xarakterli tövsiyələri ilə zamanın tələbinə uyğun müstəqil Azərbaycanın tərəqqisinə, inkişafına xidmət edir.İlk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür.Şübhə yoxdur ki, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsiplərini, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrini davam etdirən Azərbaycan Parlamenti qarşıdakı müddətdə də ölkənin hərtərəfli tərəqqi yolunda bütün səy və imkanlarını səfərbər edəcəkdir.

Sevil Məmmədzadə-Zərdab Gənclər evinin dərnək rəhbəri

 

 

Siyasi sabitlik amili.

Məlum olduğu kimi,  son illər ərzində ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilmişdir. Azərbaycanda yoxsulluğun azaldılmasına, regionların inkişafına dair dövlət proqramları qəbul olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyiş əldə edildi, iqtisadiyyatın hər bir sahəsində: neft-qaz hasilatında, neft-kimya sənayesində, kənd təsərrüfatında, turizmdə, enerji sektorunda, nəqliyyatda, mədən sənayesində, yüngül və qida sənayesində, qeyri-neft sektorunda və s. ciddi nailiyyətlər qazanıldı. İqtisadiyyata qoyulan investisiyanın həcmi artdı , ölkənin iqtisadi potensialı bir neçə dəfə böyüdü, yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi, yeni iş yerləri açıldı, əməkhaqqı və pensiyalar dəfələrlə artırıldı, biznes mühitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildi, güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği yüksəldi. Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Şübhəsiz ki, bunun əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütün bunların nəticəsi kimi, Azərbaycan həm də sabitlik adası kimi xarakterizə olunur.Etibarlı təhlükəsizlik və sabitlik mühiti dayanıqlı inkişafa töhfə verir.Ümumiyyətlə, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, daxili və xarici siyasət kursunun səmərəlilik səviyyəsidir. Bir çox araşdırmaçılar bunu milli hökumətin keyfiyyəti kimi səciyyələndirirlər. İdarəetmə strategiyasını rasional prinsiplər, meyarlar əsasında reallaşdıran milli dövlətlər ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edildiyi və ardıcıl səciyyə daşıdığı subyektlər qismində çıxış edirlər. İdarəetmə strategiyasının səmərəliliyi dedikdə isə, təbii ki, iqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə ümummilli mənafeyin təmin olunmasına istiqamətlənmiş siyasi kursun həyata keçirilməsi sayəsində əldə edilmiş tərəqqi meyilləri və bunun əsasında duran effektiv nəticələr nəzərdə tutulur.

 Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki