image-qanunla-reklam
image-images

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır

image-lady-day-az

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır

Prezident cənab İlham Əliyevin Azərbaycanın Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq,  dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə imzaladağı 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis edilir. Hər bir bayram tədbiri hesabat kimi dəyərləndirilir. Müasir müstəqil, qalib Azərbaycanın  ötən Dövlət Bayrağı Günündən bu günədək əldə etdiyi uğurların xronologiyasına diqqət yetirsək miqyasının  böyük olduğunu qürurla qeyd edə bilərik. Son beş il tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda görülən işlərlə, qazanılan uğurlarla zəngindir. Azərbaycan Bayrağının qürurla dalğalandığı işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdış Proqramı uğurla icra edilir. Genişmiqyaslı bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün göstərdiyi səylər də beynəlxalq aləmdə təqdir edilir. Ermənistanla münasibətlərində yeni səhifə açmaq istəyini nümayiş etdirən  ölkəmiz sülh müqaviləsinin imzalanması ilə bağlı  üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Artıq tarixi Zəfərimizin beşinci  ili tamam olur.

Qalibiyyət rəmzi olan Bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Üçrəngli Bayrağımız milli qürurumuzdur. 2020-ci il 8 noyabr tarixində mədəniyyət paytaxtımız, alınmaz qala olan Şuşanın işğaldan azad edilməsi,  Azərbaycan əsgərinin Qarabağın tacında Bayrağımızı qaldırması Ermənistanı diz çökdürdü, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu gün Bayrağımızın altında dəmir yumruq kimi birləşib  torpaqlarımızın azadlığa qovuşmasına necə nail olduqsa, bu həmrəylik, birlik sayəsində də bərpa-quruculuq işlərini aparır, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdaraq Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs vermələrinə səy göstəririk.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki