image-qanunla-reklam
image-1501828613_1465898723_maxresdefault

Qalib xalqın müzəffər Ordusu

image-lady-day-az

Qalib xalqın müzəffər Ordusu

Azərbaycan dövləti bu gün ən qürurverici və şanlı günlərini yaşayır. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunub ,bütövlüyünün təmin olunmasi məhz Azərbaycan dövlətinin müzəffər ordusu tərəfindən həyata keçirilmişdir.Düşmənin bu neçə illər ərzində torpaqlarımızın coğrafi mövqeyinə bələd olmalarına baxmayaraq qəhraman ordumuzun zabit və əsgərləri mükəmməl taktika və nizamlı qayda ilə düşməni yerində oturdmağı bacarmışdır.Ordumuzun bu cür igidliyini bir çox hərbi mütəxəssislər 21-ci əsirin müharbəsi adlandırmışlar. 2-ci Qarabağ müharibəsi təkcə region dövlətlərə deyil eləcədə bütün dünyaya səs salan şanlı müharibə olmuşdur. Bunuda qeyd edək ki, Ali Baş Komandanın dediyi kimi Azərbaycan ordusu heç zaman mülki əhaliyə qarşı müharibə aparmamışdır .Yalnız hərbi birləşmələrə qarşı vuruşmuşdur.Müzəffər Ordumuzun sayəsində 44 gün ərzində əldə olunan bu qələbə Azərbaycanın tarixində misili görülməmiş izlər qoymuşdur!.
Cənab Ali Baş Komandanın əmri ilə ordumuzun rəşadətli vuruşu nəticəsində 2020-ci il sentyabrın 27 -si tarixində ilk işğaldan azad olunan torpaqlarımız Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri olmuşdur.Ordumuzun əks- hücum əməliyyatı nəticəsində əzəli torpaqlarımızla yanaşı bir sıra strateji yüksəkliklərdə azad olunmuşdur .Bunlardan Ağdərə və Murovdağ istiqamətində bir neçə yüksəkliyi həmçinin Zəngilanda Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəkliklərdə geri qaytarılmışdır.
Azərbaycanın milli qüruru mədəniyyət və incəsənət mərkəzi olan qədim Şuşa şəhərinin düşməndən azad olunması isə ən qürurverici tarixi faktlardan biridir.8 Noyabr 2020 -ci ildə Şuşanın geri qaytarılması, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən bu xəbərin xalqa çatdırılması milli qürurumuzun ,mənliyimizin azad edilməsi hətta yüksəliş mərhələsinə çatması demək idi.Şuşanın işğaldan azad olunması “Qarabağın döyünən ürəyinin” xilas edilməsi demək idi.
Rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində əzəli və əbədi torpaqlarımızın geri qaytarılması ilə yanaşı şəhidlərimizində qisası alınmış oldu .Azərbaycan tarixində silinməz iz buraxan şəhidimiz kiçikdən böyüyə bütün xalqın qəhramanı general-mayor Polad Həşimovun layiqincə qisası alındı . İgid generalımız 14 iyul 2020- ci il tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhramancasına həlak olmuş və şəhidlik zirvəsinə ucalmışdır.General Polad Həşimovla yanaşı neçə mərd yenilməz oğullarımız vətəni ,torpağı uğurunda canlarından keçmişlər .Bütün bu danılmaz igidliklər sayəsində bu gün torpaqlarımız azaddır, tamdır.
Eşq olsun! Ali Baş Komandanımıza, yaşasın Azərbaycan xalıqının müzəffər Ordusu.

Günayə Mansurzadə,
Saatlı rayonu Novruzlu kənd ümumi orta məktəbinin Coğrafiya müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki