image-qanunla-reklam
image-1422057

Qadınların seçib-seçilmək hüququ

image-lady-day-az

Qadınların seçib-seçilmək hüququ.

Zaman-zaman xalqımızın möhkəm iradəyə malik görkəmli qadın şəx­siy­yətləri də olub. Onlar yüksək mədəniyyəti, dəyanəti, insanlığa sevgisi ilə tanınıb. Ağbirçək ana­la­rımızın öyüd-nəsihətlərini sədaqətlə yaşadanlar dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarlıqla xidmət edirlər. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaradılan dövlət təsisatları dövlət­çiliyin möhkəmləndirilməsini, qəbul edilən atributlar onun mənəvi varlığını təmin etdi. SSRİ dö­nə­mində qeyd edilən beynəlxalq bayramlar da dövlət bayramları siyahısına daxil edildi. Belə bayramlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Günü oldu. Qadınlar Günü Qadınlar Bayramı ovqatında qeyd edilirdi. Qadınlara cəmiyyətin münasibəti həmişə duyğusal olmayıb. SSRİ dönəmində də, Azərbay­canın dövlət müstəqilliyi bərpa edildikdən sonra da bu münasibət təkcə etik normalarla deyil, həm də bəşəri normalarla tənzimlənib. Azərbaycanlı qadın anadır, müəllimdir, həkimdir, alimdir, diplo­matdır, siyasi xadimdir. Cəmiyyətdə qadınlara böyük ehtiram göstərilir. Həm qanunların tələbi kimi, həm də milli mentalitetə görə. Azərbaycanlı ana Vətən üçün vətənsevər oğullar böyüdür, o oğullar Vətənin dar günündə sinəsini Vətənə sipər edir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində kişilərlə bir sırada qadınlar da düşmənlə vuruşurdu. Həcər qeyrətiylə vuruşurdu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dünyəvi proseslərdə bir azərbaycanlı kimi qətiyyətlə iştirak edir, hərtə­rə­fli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əha­tə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.

Toğrul Abulov – Zərdab Gənclər evinin metodisti

 

 

Gender siyasəti

Təsadüfi deyil ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyərlərin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Eyni zamanda, Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmişdir. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir.Əldə edilmiş nailiyyətlərlə yanaşı, Sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında Sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19-20-də Sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları – Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən, qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların – anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olmuşdur. İqtisadiyyat, sosial həyat, siyasətdə, beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmışdır.

Cəvahir Murtuzayeva-Zərdab Gənclər evinin psixoloqu

 

 

Qadınların seçib-seçilmək hüququ

Tariximizə nəzər yetirsək görərik ki, Azərbaycan qadını hər zaman öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, yurd naminə canlarını qurban verməkdən belə çəkinməmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişlər.Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub.1918 çi ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra bir çox sahələrdə islahatlar həmçinin yeniliklər həyata Azərbaycan Şərq də ilk demokratik dövlət olmaqla yanaşı,qadınlara səs vermə hüquq verən ilk ölkədir.Nəzərə alsaq ki dünyanın bir çox öndə gələn ölkələrində o dövürlərdə qadınların bu hüquqları yox idi.ABŞ da 1848 ildən başlayaraq qadınlar seçkilərdə iştirak edə bilmək hüquq əldə etmək üçün mübarizəyə başladılar və bundan duz 72 il sonra buna nail ola bildilər.Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olaraq, seçki hüququnun tam təmininə görə dünyada ilk pillələrdədir. Tarixi ədəbiyyatda dünyada qadınlara ilk seçki hüququnun verildiyi ölkə kimi Yeni Zelandiyanın adı çəkilir. Bu ölkə 1893-cü ildə qadınların seçkidə iştirak hüququnu tanıyıb. Lakin bu, bütün təbəqədən olan qadınlara aid deyildi, eləcə də, qadınların namizəd ola bilməsi məhdudlaşdırılmışdı. Yeni Zelandiya seçki hüququnun tam təmin olunmasına ötən əsrin 20-ci illərindən sonra nail ola bildi. Hərçənd, həmin vaxt Azərbaycanda bütün təbəqələrdən olan qadınların səsvermə hüququ təmin olunmuşdu.Həmçinin bu illər Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas məqsədi isə qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə “Şərq qadını” jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.Yaşadığımız bu dövürdə belə dünayanın bir çox ölkələrində qadınların hüquqları tapdalanır.Misal olaraq Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq 2015-ci ildə bələdiyyə seçkilərində səs verə bildilər. Bu ölkədə qadınlara maşın sürmək qadağan olunub. Qadınlar atalarının ,həyat yoldaşının razılığı ilə təhsil ala bilər, evindən çıxıb harasa gedə bilərlər.Ümumiyyətlə bu ölkəde qadınların cəmi 15% işləyib təhsil ala bilir.Bizim ölkəmizdə isə XlX əsr də belə Azərbaycan qadınları fəallığı və böyük yaradıcılıq uğurları ilə seçilirlər.Buna misal olaraq Xurşidbanu Natəvan,Fatma xanım Kəminənin ve başqalarının yaradıcılığı diqqəti cəlb edir.Zaman keçdikcə ölkədə baş verən iqtisadi siyasi proseslərə qadınların maariflənməsinə və ictimai həyatda daha da fəal iştirak etməsinə təkan verdi.

 Şamil Babayev – Zərdab Gənclər evinin dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki