Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın eks-prezidenti Robert Köçəryan arasında telefon danışığı olub.
Qanunla.Az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumata görə, telefon danışığı bir neçə gün əvvəl – may ayında baş tutub. Həmin ərəfədə Köçəryan Moskvada işgüzar səfərdə olub.
Qeyd edək ki, bu, tərəflər arasında cari ildə baş tutan üçüncü telefon danışığıdır.


























