Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistin “tammiqyaslı işğaldan sonra Putinin Ukraynada məqsədlərinə çatması” ilə bağlı sualını cavablandırıb.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Kreml nümayəndəsi Putinin hələ Ukraynada məqsədlərinə çata bilmədiyini etiraf edib.
“Yaxşı, ilk növbədə, o, ( Putin – red. ) hələ çatmayıb ( məqsədlər – red. ) “, – Peskov qeyd edib.
Eyni zamanda, Peskov onu da deyib ki, Rusiyanın Ukraynaya hücumu “əvvəlcədən müəyyən edilmiş plan və məqsədlərə ciddi şəkildə uyğundur”.


























