image-qanunla-reklam
image-putin-vladimir

Putin uduzur, bu addıma məcbur olacaq – Bir az gözləyək…

image-lady-day-az

Ukrayna və Rusiya artıq danışıqların 3 raundunu keçirib. Nəticə yalnız humanitar dəhlizlərdir, o da kağız üzərində.

Qanunla.Az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O bildirib ki, Rusiya ordusu nasistdir, ona görə də təxliyə kolonlarını və mülki əhalini atəşə tutur:

“Ancaq qısa müddətdən sonra danışıqlar fərqli olacaq. Çünki o danışıqlarda Putin maraqlı olacaq.

Putin – faşistdir, nasistdir, o, yaxşı bilir ki, bizim insanlar mühasirədə zirzəmilərdədir. Mariupoldan başqa Kiyevətrafı şəhərlərdə də vəziyyət gərgindir. İnsanlar orda susuz, qida və dərmansız dəhşətli ölümlə üz-üzədir. Xarkovda vəziyyət az-çox sakitdir. Kiyevdən isə artıq çoxları gedib”.

Geraşenkonun sözlərinə görə, mübarizə qabaqdadır:

“Ancaq Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə müəyyən vaxta qədər gözləmək lazımdır və Putin özü danışıqlara gedəcək. Biz həm də illərdir Putinin əlində qalan Rusiya üçün savaşırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki