image-qanunla-reklam
image-1688799501_46287126_0_153_1600_1053_1920x0_80_0_0_7c90f30a5b817fc0a5035a3579853eb1

Putin gələn ay Türkiyəyə gedəcək

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin avqustda Türkiyəyə səfər edəcək.

“Qanunla.az” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

“Növbəti ayda cənab Putin Türkiyəyə səfər edəcək, biz yenidən hərbi əsirlərin mübadiləsi mövzusunu üzbəüz müzakirə edə biləcəyik”, – deyə Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan əlavə edib ki, dövlət başçıları taxıl müqaviləsinin uzadılması məsələsini də müzakirə etmək niyyətindədirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki