image-qanunla-reklam
image-1666255283_630_360_1646068853-843

“Putin dünyanı parçalamağa çalışır” – Olaf Şolts

image-lady-day-az

Putin Ukraynada və Avropada öz məqsədlərinə nail ola bilməyəcək, Qərb Ukraynaya dəstək, o cümlədən hərbi dəstək verəcək.

Qanunla.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Putinin Ukraynadakı vəhşiliyi, enerjidən və aclıqdan silah kimi istifadə etməsi, inflyasiyanın inanılmaz sıçrayışı – bütün bunlar Avropa və dünya üçün on il ərzində görünməyən sınaq olub.

“Putin Ukraynada terrora əl atır, məsuliyyətsiz nüvə ritorikasından istifadə edir. Qərbin zəif tərəfləri üzərində oynamağa, dünyanı parçalamağa çalışır. O səhv edir, parçalanmağımıza imkan verməyəcəyik… Ölkəmiz bir yerdədir, Avropa bir yerdədir, bir-biri ilə və Ukrayna ilə həmrəydir, bütün dünyada ittifaqlarımız güclüdür. Putin öz məqsədlərinə çatmayacaq”, – Şolts vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki