image-qanunla-reklam
image-media-2022-azerbaijan-baku-dennis-bunnik-hero-image-medium-v91t0xm7nr24izwgso58

Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək

image-lady-day-az

Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək

Prezident cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkənin kommunal infrastruktur siyasətində strateji əhəmiyyət daşıyan mühüm hadisə kimi qiymətləndirilir. Bu proqram təkcə paytaxt Bakını deyil, Abşeron yarımadasının əsas şəhərlərindən biri olan Sumqayıtı da əhatə etməklə, uzun illər mövcud olmuş sistemli problemlərin mərhələli və əsaslı həllini hədəfləyir.

Son onilliklərdə Bakı və Abşeron yarımadasında əhali artımı, sənayeləşmə, yeni yaşayış massivlərinin salınması və şəhərsalma proseslərinin sürətlənməsi su təchizatı və kanalizasiya sistemlərinə ciddi yük yaradıb: “Mövcud infrastrukturların böyük hissəsi hələ sovet dövründə qurulduğundan müasir tələblərə cavab vermir, itkilər yüksəkdir, yağış sularının idarə olunmasında isə ciddi boşluqlar mövcuddur. Xüsusilə Sumqayıt şəhərində içməli suyun fasilələrlə verilməsi, bəzi ərazilərdə təzyiqin aşağı olması, kanalizasiya xətlərinin köhnəlməsi və güclü yağıntılar zamanı küçə və həyətlərin su altında qalması sakinlərin gündəlik həyatında ciddi narahatlıqlar yaradıb. Sumqayıtın sənaye şəhəri kimi inkişafı bu problemlərin daha da dərinləşməsinə səbəb olub. Müşavirədə cənab Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri su ehtiyatlarının idarə olunmasının milli təhlükəsizlik və sosial rifah məsələsi olmasıdır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, kommunal infrastruktur layihələri qısamüddətli deyil, 10–15 illik strateji baxış əsasında həyata keçirilməlidir.b2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı da məhz bu yanaşmanın məhsuludur. Proqram çərçivəsində içməli su mənbələrinin şaxələndirilməsi, magistral və paylayıcı xətlərin yenilənməsi, tullantı sularının təmizlənməsi qurğularının müasir standartlara uyğun qurulması, yağış sularının ayrı sistem üzrə idarə olunması prioritet istiqamətlər kimi müəyyən edilib. Dövlət Proqramında Sumqayıt şəhərinin xüsusi yer tutması təsadüfi deyil. Çünki Sumqayıt təkcə Abşeron yarımadasının deyil, bütövlükdə ölkənin mühüm sənaye və sosial mərkəzlərindən biridir. Burada su təchizatının dayanıqlı və fasiləsiz olması həm əhalinin rifahı, həm də sənaye müəssisələrinin fəaliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Proqram çərçivəsində Sumqayıtda köhnə su xətlərinin mərhələli şəkildə tam yenilənməsi, yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, kanalizasiya və yağış suları sistemlərinin ayrılması, tullantı sularının ətraf mühitə zərər vermədən təmizlənməsi nəzərdə tutulur.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki