Prezidenti İlham Əliyevin 13 fevral tarixində Ağdama səfər edib.
AĞDAM CÜMƏ MƏSCİDİNİN BƏRPA-RESTAVRASİYA İŞLƏRİ HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN APARILIR
İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.Artıq ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb,inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.Ölkə rəhbəri və birinci xanım səfər zamanı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi, həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə maraqlanıb, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.
Ölkə başçımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam səfəri ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Dövlətimizin başçısı Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra qeyd etdi ki,bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 30 il ərzində Ermənilər tərəfindən törədilmiş misli görünməmiş barbarlıq, vandallıq və vəhşilik bir daha erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür.
Xatırladaq ki, 30 ilə yaxın ermənilərin işğalı altında olan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə yeganə yarısağlam qalan tikili Cümə məscidi olub. Ermənilər ibadət ocağının minarəsindən ətraf ərazilərə nəzarət etmək üçün istifadə edib, məscidin özündə isə mal – qara və donuz saxlayıblar.
Dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu və burada görülən işlər barədə fikirlərini və mesajlarını çatdırdı. Prezidentin bölgələrə səfəri zamanı hər bir çıxışı, verdiyi müsahibələr ümumilikdə görülən işlər fonunda gələcək barədə aydın təsəvvür yaratmaqla yanaşı, işğalçı Ermənistana ünvanlanan mesajlarla da zəngin olur.Dövlət başçısı cənab İlham Əliyev Ağdam Cümə Məscidinin qarşısından bu çağırışı etdi ki, Azərbaycan investorları işğaldan azad edilmiş ərazilərimizə gəlin, yeni müəssisələrin, iş yerlərinin yaradılmasında fəal iştirak edin. Bu yolla həmin ərazilərin canlandırılması mümkündür. Bu fikir də xüsusi vurğulanır ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti mövcuddur. Sahibkarlar bu imkanlardan istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verə bilərlər.
KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
IŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNFRASTRUKTUR LAYİHƏLƏRİ SÜRƏTLƏ İCRA OLUNUR
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri cari il çərçivəsində də uğurla davam edir.Hər səfər Böyük Qayıdışın daha da yaxınlaşması deməkdir. Səfər çərçivəsində açılışı olan, yaxud təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirsək xeyli işlərin görüldüyünü böyük əminliklə deyə bilərik. Təkcə fevralın 13-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin sayına və mahiyyətinə diqqət yetirək. Dövlət başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu.
Ölkə başçımız işğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sisteminin yaradılmasını, bu ərazilərin müasir tələblər səviyyəsində bərpasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyət göstərməsi isə işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Şəhərlərin Baş planları hazırlanır və ictimaiyyətin müzakirəsinə verilir. Ağdamın Baş planı gələcək barədə aydın təsəvvür yaradır. Bu baxımdan ki, həmin Baş planda şəhərin əvvəlki simasını özünə qaytarmaq üçün müasirliklə qədimliyin sintezinin yaradılmasına xüsusi diqqət yetirilib. Ağdamın yol infrastrukturu yenilənib, təkmilləşib. İşğaldan azad edilmiş ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır.
Tarixi Zəfərə imza atdığımız ilk gündən vaxt itirmədən bərpa və quruculuq işlərinə start verilib və nəticələr göz önündədir: Bütün maliyyə və texniki imkanlarımız, kadr potensialımız səfərbər edildi. Azərbaycan bu ərazilərdə işləri sıfırdan başlayaraq öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçımız cənab İlham Əliyev ilk gündən bildirdi ki, 44 günük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində necə 30 ilin işğalına son qoyub torpaqlarımızı azad etdik, qısa müddətdə də bu ərazilərdə bərpa və quruculuq işlərini başa çatdırıb soydaşlarımızın Böyük Qayıdışına nail olacağıq. Bütün işlərin təməlində düşünülmüş addımlar və onların planlı şəkildə həyata keçirilməsi dayanır.
Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri
Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 13-də Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin təməlinin qoyulması, bəzilərinin açılışlarının edilməsi Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsinin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Əminik ki, qısa müddət ərzində görülmüş mühüm işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.
Dövlətimizin başçısı Ağdam Cümə məscidinin qarşısında çıxışı zamanı azərbaycanın iş adamlarını Ağdama və azad edilmiş digər ərazilərə sərmayə qoymağa, orada müasir layihələri reallaşdırmağa çağırdı. Bildirdi ki, bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, onlara mənəvi-siyasi dəstək, eyni zamanda, güzəştli kreditlər verilir. Bu, ölkəmizdə biznesin inkişafına göstərilən dəstəyin daha bir nümunəsidir, həmçinin sərmayədarları işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa həvəsləndirəcək. Beləliklə, həyata keçiriləcək layihələr nəticəsində həmin torpaqlarda əhalinin iş yerləri ilə təminatında heç bir problem yaranmayacaq.
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Orada istismara verilən yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Həmçinin qeyd olunub ki, Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Bu isə şəhərə gələnlərin sayının artmasına, rayonun turizm potensialının artmasına şərait yaradacaq.
Ağdamda yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Eyni zamanda, 1 nömrəli məktəb inşa olunur. Bu təhsil ocağında təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb. Bütün bunlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılmasına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsinə və onlar üçün layiqli həyat şəraitinin yaradılmasına nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək. Beləliklə, başqa ölkələrdən Ağdama gəlmək daha asan olacaq. Bütün bu işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, Azərbaycan öz şəhərlərini yenidən qurmaq üçün bütün maliyyə və texniki imkanlara, habelə kadr potensialına malikdir. Müxtəlif xarici şirkətlərin bu işlərdə fəal iştirakı isə ölkəmizə olan marağın, inamın təzahürüdür.
Dövlətimizin başçısının Ağdama səfəri zamanı Cümə məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa-restavrasiya işləri ilə tanış olması Azərbaycanda dini-mədəni və tarixi irsə göstərilən qayğının daha bir nümunəsidir. Azad olunmuş torpaqlarda bütün tarixi və dini abidələr bərpa olunacaq. Tarixi və dini abidələrin bərpası işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır
Artıq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” başlayıb. Ölkə başçımız cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirlər artıq reallığa çevirilməkdədir. Fevralın 13-də Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib və səfər çərçivəsində bir sıra təməlqoyma mərasimlərində iştirak edib.İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Həyata keçirilən layihələr Ağdamın və ümumilikdə bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Ölkə başçısının qeyd etdiyi kimi görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir və bu şirkətlərin sayı artmaqdadır.
Ağdama səfər zamanı Prezidentimiz öz çıxışında Ermənistandakı revanşist qüvvələrə mesaj göndərərək bəyan edib: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu torpaqlarda şəhidlərimizin qanının olduğunu qeyd edərək, Azərbaycan xalqının bu torpaqlarda əbədi yaşayacağını vurğuladı. Eyni zamanda, bu çıxış ölkə başçısı İlham Əliyevin şəhidlərimizin xatirəsinə olan böyük hörmətinin göstəricisidir. Şəhidlərimizin xatirəsini əziz tutan Prezidentimiz cənab İlham Əliyev hər zaman şəhid ailələrini xüsusi diqqətdə saxlamış, bu kateqoriyadan olan ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra sərəncamlar, fərmanlar imzalamışdır. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə Ağdamda həyata keçirilən sürətli quruculuq və infranstruktur layihələri nəticəsində Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcəkdir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru – Vəfa Bayramova
Ağdam rayonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır.
Xalqımızın 30 illik Qarabağ həsrəti ötən il Vətən müharibəsində qazandığımız Qələbə sayəsində sona çatdı. Bizim igid oğullarımız “dəmir yumruğu” düşmənin başına elə vurdu ki, işğalçı ölkə kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bu, şanlı zəfər tarixidir, 30 illik işğal dövründə biz torpaq itkisinin acısını-ağrısını ürəyimizdə, yaddaşımızda daşıdıq. Bu zəfərin mahiyyətini, mənasını bütövlükdə gələcəkdə daha yaxşı dərk edəcəyik.
Zəfər tarixindən bu günədək insanlar bizə çoxsaylı suallar verir. Vətəndaşlarımızın qayıdışı, bərpa-quruculuq işlərinin nə vaxt yekunlaşacağı ilə maraqlanırlar. Bu, hər birimizi düşündürən məsələdir və işğaldan azad edilmiş torpaqlarda aparılan proseslər əyani şəkildə onu sübut edir ki, qayıdışın gerçəyə çevrilməsi labüddür.
Ağdam rayonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır. Bu rayon uğurlu hərbi əməliyyatlarımızdan sonra imzalanmış Üçtərəfli Bəyənata uyğun olaraq bir güllə atılmadan bizə təhvil verilib. Mənfur düşmənin məğlubiyyətindən sonra və 10 noyabr tarixli Üçtərəfli Bəyanatın şərtlərindən biri kimi Ağdam, Laçın və Kəlbəcər bizə qaytarıldı. İndi biz həmin andan etibarən indiyə qədər olan dövrə nəzər salsaq görərik ki, 23 noyabr tarixində yəni Ağdamın Azərbaycan tərəfinə təhvil verilməsindən 3 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər etdi və burada üçrəngli bayrağımızı qaldırdı. Ondan sonra Ağdamda böyük quruculuq işlərinə start verildi. Ağdamın bugünkü vəziyyətini görəndə insanın ürəyində ağrılı hisslər yaranır. Şəhərin görüntüsündən də aydındır ki, ermənilər burada daşı-daş üstündə qoymayıblar, şəhəri yerlə-yeksan ediblər. Yeganə salamat bina Ağdam məscididir ki, o da heyvanların saxlandığı yer olub, hərbi cəhətdən bizim təmas xəttini müşahidə etmək üçün istifadə edilib, məscidin divarlarına nalayiq sözlər yazılıb. Yəni bütün bunların hamısı qəsdən törədilib. Çünki onlara çox gözəl məlum idi ki, bura müqəddəs bir yerdir. Bizim paytaxtımızın mərkəzi hissəsində yerləşən erməni kilsəsinə münasibətimiz göz qabağındadır. Müqayisə edə bilərik. Bu millətin müqəddəs inanc yerləri baxın necə təhqir olunub, dağıdılıb. Qiyaslı məscidi, Pənah xanın imarəti və yaxud bizim ağdamlıların xatırladığı digər gözəl məkanlar da dağıdılıb. Bunların arasında Çörək muzeyini, məşhur Çay evini göstərmək olar. Çay evindən pilləkənin bir hissəsi qalıb. Yəni bu vandallara insan deməyə adamın dili gəlmir. Məscidin salamat qalması da humanizmdən irəli gəlmir. Məscid bir daha qeyd edirəm ki, minarələri ilə birgə hərbi məqsədlər üçün istifadə edilib. Nə mümkündürsə talamışdılar, nəyi talan edə bilməyiblərsə təhqir ediblər, dağıdıblar. Bura o yerlərdir ki, ermənilər həmişə torpaq iddiası ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bu torpaq sizindirsə niyə bu vəziyyətə qoymusunuz? Deməli, bura sizin deyil ki, onunla belə vandalcasına davranmısınız. Deməli bu torpaqların sizin olduğuna dair özünüzün də inamınız yoxdur. Ancaq Azərbaycan xalqı multikultural xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də qurucu xalqdır. Təsadüfi deyildir ki, böyük zəfərdən bir il keçməsinə baxmayaraq, qısa müddətdə Azərbaycan dövləti sadəcə öz gücünə arxalanaraq, bu torpaqlarda böyük quruculuq işlərini həm sürətlə, həm də yüksək keyfiyyətlə həyata keçirməkdədir.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Ağdam əlbəttə, dağıntılara ən çox məruz qalan şəhər idi
Regionda infrasturktur layihələrinin, yol tikintisinin icrası, hətta insan ayağının dəymədiyi yerlərdən elektrik xəttinin çəkilməsi, Zəfər yolunun inşası strateji uğurlardır. Bizim igid oğullarımızın müharibə vaxtı irəlilədiyi həmin yerlərdən indi Zəfər yolu çəkilib. Bu, çox heyranedicidir. Füzuli Beynəlxalq Hava limanının tikintisi və təhvil verilməsi qürur doğurur. Həmin ərazinin qısa müddətdə minalardan təmizlənməsi ilə beynəlxalq standartlara uyğun hava limanı tikilib. Ağdamda da böyük quruculuq işləri gedir. Bilirsiniz ki, bu rayon birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ən çox şəhid vermiş bir rayon kimi burada gedən şiddətli döyüşlər, Xocalı soyqırımının dəhşətləri insanların yaddaşında silinməz izlər qoyub. Qeyd edim ki, birinci Qarabağ müharibəsində Ağdamda çox ciddi döyüşlər gedib. Bu küçələrdə, bu dağlarda gəzən, bu bulaqlardan su içmiş insanların yenidən buraya qayıtdıqları zaman keçirdikləri hissləri dərk eləmək çox çətindir. Əvvəl biz bu yerlərə müxtəlif vasitələrdən baxırdıq və müşahidələrimiz içimizdə kədər, qüssə neqativ hisslər yaradırdı. İndi isə vandalizm aktlarına, viran qalmış xarabalıqlara baxanda bir tərəfdən ürəyimiz sızıldasa da, digər tərəfdən başımızı dik tuturuq ki, doğma torpaqlarımızı azad etdik. Milli qürurumuzun bərpa olunduğu üçün fəxr edirik, özümüzü böyük bir xalqın, millətin nümayəndəsi kimi hiss edirik. Bütün bunları bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, bizim igid oğullarımıza minnətdarıq. İnanın ki, biz bu torpaqda yeriyərkən o məsuliyyəti hər dəqiqə, hər an hiss edirik. Ağdam əlbəttə, dağıntılara məruz qalan şəhər olsa da, buranın gələcəyi artıq indidən gözümüzün qabağında canlanır və biz bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də Ağdamda fəaliyyət göstərir.
2021-ci il mayın 28-də dövlət başçısı cənab İlham Əliyev Ağdama səfər zamanı rayon ictimaiyyəti ilə görüşərkən məhz bu ifadəni bəyan etmişdir. Həmin ifadəni xüsusi nümayəndəliyimizin girişində həkk etdirmişik: “Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun.” Xüsusi nümayəndəliyin yaradılması da məhz bu məqsədə xidmət edir. Xüsusi nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir. Eyni zamanda, bizim komandamız çox kompakt və çevik idarəetmə metodlarına əsaslanan iş həyata keçirir. Nümayəndəlik mən daxil olmaqla cəmi 10 nəfərdən ibarətdir. Biz dünyanın əsas inkişaf etmiş ölkələrində də tətbiq olunan “Agile menegment” yəni çevik idarəetmə üsullarını tətbiq etməklə burada bütün işlərin əlaqələndirilməsini təmin etməyə çalışırıq. Hesab edirəm ki, bu institut yeni mexanizmdir və qarşıya qoyulan hədəflərə çatmaqda etimadı layiqincə doğruldacaq.
Məlumdur ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də Ağdamda fəaliyyət göstərir. Bu çox düzgün bir seçimdir. Ağdam Azərbaycanın mərkəzi bir regionudur. Qarabağın da həmçinin… Yəni bu ərazilərə coğrafi olaraq diqqət yetirsək görərik ki, Ağdamdan Xocavəndə, Ağcabədiyə, Füzuliyə, Bərdəyə məsafələr aşağı-yuxarı eynidir, təxminən 41-48 kilometr. Ağdamdan Yevlaxa, Tərtərə, Qubadlıya, Ağdamdan Kəlbəcərə, Zəngilana, Şuşaya məsafələrə diqqət yetirsək yenə yaxın məsafələr alınır. Yəni Ağdam elə bir rayondur ki, həm coğrafi, həm iqtisadi, həm də tarixi baxımdan Azərbaycanın mərkəzində yerləşən strateji bir bölgədir. Bu birinci faktordur. İkinci faktor ondan ibarətdir ki, bilirsiniz ki, Monitorinq Mərkəzi Mərzili kəndində yerləşir. Bu kənd işğal altında olmayan ərazidə yerləşirdi. Bu mərkəzin operativ, tez bir zamanda yaradılması vacib idi. O zaman ərazidə baza infrastruktur şərtləri yox idi. Monitorinq Mərkəzi elə bir yerdə yaradılmalı idi ki, onun işığı olsun, suyu olsun, kommunikasiya xəttləri olsun. Ona görə də işğal altında olmayan, keçmiş təmas xəttinə ən yaxın yerdə qurulması praktiki baxımdan çox düzgün addım idi. Sırf praktiki olaraq bu işin effektiv şəkildə təşkil olunması üçün ən optimal məkan Ağdam rayonu idi.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Ermənistan vaxtilə işğalda saxladığı bölgələrimizdə saysız-hesabsız minalar yerləşdirib.
Bu yaxınadək mina xəritələrinin yalnız 25 faizi verilmişdi. Mina xəritələrinin tam verilməməsi aparılan tikinti-quruculuq işlərinə çox mane olurdu.
Əvvəla, təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir. O ərazilər həm də hamar deyil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi terminologiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir. Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açıldı və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bildi. Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır. Əlbəttə, biz quruculuq- bərpa işlərində bunları diqqətdə saxlamalıyıq. Həm də vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Əlbəttə, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərdi. Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğunu, yüksəkdə tutduğunu göstərdi. Vətəndaşlarımız da arxayın olsunlar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq. Burada folklorumuza da müraciət etsək yerinə düşər. Dədər Qorqud filmində ibrətamiz bir səhnə var. Ulu ozan Qaraca Çobana səslənir ki, nə edirsən belə ? O da cavabında deyir ki, torpağı daşlardan təmizləyirəm. İstəyirik buranı şumlayaq əkək. Dədə Qorqud da deyir ki, məsləhətdir. Biz hələ varıq, olacağıq, artacağıq. Sonra da deyir ki, torpağın yurd olması üçün iki şərt lazımdır. Birincisi gərək torpağı əkib becərəsən. İkincisi isə gərək onu yağılardan qoruyasan. Əgər, torpağı əkib becərmədinsə qorumağa dəyməz, qoruya bilmədinsə əkib becərməyə dəyməz
Bu günlə səsləşən fikilərdir. Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər vacibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaqlarda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Ermənistanda baş qaldıran revanşist qüvvələr hər an Azərbaycan ordusu tərəfindən məhv oluna bilər
44 günlük Vətən müharibəsindən sonra Ermənistan şok vəziyyətinə düşüb. İşğalçı ölkənin hakimiyyəti, müxalifəti və cəmiyyəti sözün həqiqi mənasında çaşqınlıq içindədir. Bu ölkədə ən çox şoka düşənlər isə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlardır. Bunların önündə “Daşnaksütyun” partiyası, erməni kilsəsi, xaricdəki erməni lobbisi və diaspor təşkilatları gedir. Onlar hər zaman Azərbaycan və Türkiyə ilə bağlı məsələlərdə çox radikal mövqedən çıxış ediblər. Onlar, həmçinin bunu erməni ictimaiyyətindən də tələb etməklə bir növ cəmiyyəti bu radikalizmə məcbur ediblər. Lakin Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, Ermənistanın başına dəyən dəmir yumruq bu ölkənin planlarını, siyasətini, hərbi-sənaye kompleksini və iqtisadiyyatını darmadağın etdi.
Azərbaycan Qarabağın işğaldan azad edilməsi məsələsini silah gücü ilə həll etdi, torpaqlarımızı düşməndən geri qaytardı. İndi Ermənistan daxilində olan radikal qruplar yenidən revanşist çıxışlar edirlər və erməni xalqını intiqama kökləməyə cəhd göstərirlər. Ermənistandakı radikal qruplaşmalar bu yolla Azərbaycandan qisas almaq istəyirlər. Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Bu o deməkdir ki, erməni radikalları, faşistləri nəinki bir şəhərimizi, kəndimizi, hətta bir metr ərazimizi belə silah gücünə işğal etmək niyyətinə düşsələr, bu dəfə dəmir yumruq onları birdəfəlik məhv edəcək. Çünki Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biri olduğunu 44 günlük müharibədə sübut etdi.
Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru
Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür
Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan Heydər Əliyev Fondu milli məqsədlərin reallaşdırılmasına müstəsna töhfələr verir. Xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr, Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub”.
İşğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanmalıdır: “Bu məqamda xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-yenidənqurma işləri görülür. Fevralın 13-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Hazırda Heydər Əliyev Fondu məscidin bərpasına başlayıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb”. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi həyata keçirilir: “Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi başlayıb. Dövlət başçısının da bəyan etdiyi kimi, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir”.
Famil Abbasov –Vətən müharibəsi iştirakçsı
Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 13 fevral 2022-ci il tarixində Ağdam rayonunda səfərdə olublar. Səfər zamanı cənab Prezident və birinci xanım çox əhəmiyyətli infrastruktur obyektlərinin açılışında iştirak ediblər. Səfər zamanı cənab Prezident verdiyi müsahibəsində bir çox vacib məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, artıq azad edilmiş ərazilərdə istifadəyə verilən yarımstansiyaların sayı 9-a şatıb. İstifadəyə verilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində Ağdam rayonu elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaqdır. Altı evdən ibarət yaşayış kompleksi inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası rayon əhalisinə müasir tələblər səviyyəsində tibbi xidmət göstərməyə imkan yaradacaq. Min nəfər şagird yeri olan məltəb binası tikilir. Ağdama qaz xətlərinin çəkilməsi, içməli su ilə təchizat msələləri müvafiq İnvestisiya Proqramında nəzərdə tutulmuşdur. Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər qısa müddət ərzində rayonun yenidən qurulmasına imkan yaradacaq. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkı təkcə bu rayonun deyil, ətraf rayonların da inkişafına imkan yaradacaq”.
Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. “Bu Mərkəz vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, açılıb-qoşulmalar, tənzimləmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilməsinə imkan yaradır”.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur.
Bir neçə ildir ki, əlimizin çatmadığı, yuxularımızda gördüyümüz, xoş günlərini xəyallarımızda yaşatdığımız torpaqlarımızda inamla addımladığımız üçün qürur duyuruq. Doğmalarının nəfəsinə “yadırğayan”, səsli-küylü günlərin həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşur. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır. Qışın şaxtasına, qarlı günlərin davam etməsinə baxmayaraq bərpa işlərində həvəslə iştirak edən mütəxəssislər, müxtəlif peşə sahibləri doğma torpaqlarına qayıdacağı günlərin həsrəti ilə yaşayan insanları daha tez sevindirmək üçün yorulmadan çalışır, vurulan yaraları sağaltmaq üçün ana torpağa övlad qayğısı ilə yanaşırlar. Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva azad olunmuş rayonlara səfərləri zamanı ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə çoxsaylı infrastruktur layihələrin həyata keçiriləcəyi, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılacağına bildirmişdir. Ilk növbədə Ermənilər tərəfindən viran qoyulmuş ərazilərdə həyatın yenidən dirçəlməsi üçün əsas şərt olan elektrik enerjisi ilə təchizatın vacibliyi nəzərə alınaraq bu istiqamətdə planlaşdırılan işlərə start verilib.
Qarabağın incisi olan Şuşanı elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atıldı. Mədəniyyət paytaxtımızı və bölgəyə yaxın əraziləri dayanıqlı enerji ilə təmin etmək üçün “Azərenerji”” Səhmdar Cəmiyyəti Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir və yüksəkgərginlikli xətlərin çəkilişinə başlanılıb. Laçın rayonunun Güləbird kəndində generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının açılması ilə bölgədə etibarlı generasiya güclərinin formalaşması, Həkəri çayından səmərəli istifadə imkanları yaranır. Ümumiyyətlə, Kəlbəcər-Laçın zonası su elektrik stansiyaları üçün əlverişli olduğundan bu ərazilərdə enerji ilə təchizat məsələsinə diqqət artırılır. Ən böyük potensiala malik “Xudafərin” və “Qız qalası” stansiyalarının istismarı ilə bölgənin enerjiyə tələbatı tam ödəniləcək. Bərpaolunan enerji növlərindən istifadə etməklə ilk olaraq Zəngilanda həyata keçiriləcək pilot “ağıllı kənd” layihələrinin tətbiqi ilə “yaşıl enerji” zonalarının sayı artırılacaq. Artıq təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını xeyli sürətləndirəcək. Bu yol istifadəyə verildikdən sonra uzun illərdən bəri blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə əlaqələr bərpa olunacaq. Tarixdə ilk dəfə Azərbaycanla Türkiyəni birləşdirəcək bu yol bölgə dövlətlərinin iqtisadi inkişafına, regionda sabitliyin qorunmasına ən önəmli töhfədir.
Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru
İşğaldan azad olunmuş ərazilərin bərpası ölkəmizin sürətli inkişafına təkan verəcəkdir
İşğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarımız bugün yeni inkişaf mərhələsinə qədəm qoyur, erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bu gün Ağdam rayonunun bərpas ıilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir. Prezident cənab İlham Əliyevin birbaşa göstərişləri əsasında artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. Fevral ayının 13-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna növbəti səfərləri də bu proseslərin dövlətin xüsusi diqqətində saxlandığını birdaha təsdiq edir. Mərhələli şəkildə və sürətlə aparılan yenidənqurma işləri tezliklə bölgənin inkişafına mühüm təkan verəcək və ümumilikdə Azərbaycan iqtisadiyyatının artım tempini daha da sürətləndirəcək, erməni işğalı səbəbindən öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın bu torpaqlara daimi yaşamaq üçün geri dönmələrinə şərait yaradacaqdır.
Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı