image-qanunla-reklam
image-ehali

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib

image-lady-day-az

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib.

Biz Demokratik bir ölkədə yaşayırıq. Demokratiyanın əsasında xalq və onun mənafeyi dayanır. Demokratiya xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququn olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqları arasında vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək hüququnun olmasıdır. Yəni Vətəndaş seçkilərdə iştirak etmək və istədiyi namizədə səs verməkdə azad və sərbəstdir.Azərbaycanda prezident seçkiləri şəffaf və ədaləti keçirilib. Buna sübut kimi beynəlxalq təşkilatların,yerli seçki və mətbuat orqanlarının nümayəndələrinin seçkini yaxından izləməsini göstərmək olar. Seçkilərdə bütün vətəndaşların yaxından iştirakı üçün tədbirlər görülmüşdür. Belə ki, seçki məntəqəsinə gələ bilməyən xəstə,yaşlı və fiziki məhdudiyyətli olan vətəndaşlar üçün müraciət əsasında ünvanlara səyyar seçki qutuları daşınıb. Onların da seçmək hüququ təmin olunub.Azərbaycan vətəndaşlarını 80 %-i internet istifadəçiləridir. Hər kəs bu gün söz azadlığına malikdir. Seçkilərdən əvvəl də Beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü, yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş exit -pollar seçkilərin rəsmi nəticələri ilə üst- üstə düşüb.Bu bir daha sübut edir ki,seçkilər xalqımızın fikirlərini əks etdirib.1993 -cü ildə Ulu öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu.Ulu öndərimizin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ilin oktyabrın 15-də onun layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək 76,8% səslə onu özünə yeni prezident seçdi. Bu xalqımızın prezidentimiz cənab İlham Əliyevə böyük etimad göstərdiyinin sübutudur. İlham Əliyev hakimiyyətə olduğu bu müddətdə ölkəmizin həyatında çox mühüm dəyişikliklər baş vermişdir. Ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yeni iş yerləri açılıb, əməkhaqları və pensiyalar dəfələrlə artıb.Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi -texniki bazasının möhkəmləndirilməsi sahəsində tədbirlər görülüb.Bunun nəticəsində Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Ən əsası isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulub. 2020 -ci ilin aprel döyüşlərində əldə etdiyimiz qələbənin yekununu məhz 44 günlük Vətən müharibəsində Qarabağı işğalçılardan geri almaqla Zəfərlə başa çatdırdıq. Bu gün həmin torpaqlarda görülən fasiləsiz abadlıq işləri tezliklə o torpaqlarda yaşayışın təmin olunmasına zəmin yaradır.Prezidentimiz həmçinin ölkədə ədaləti, sülhü, əmin-amanlığı,sakitliyi bərqərar edib .Dünya ölkələri ilə müqayisə etsək görərik ki, necə gözəl, sakit bir ölkədə yaşayırıq.Bütün bunlar Azərbaycan xalqının cənab İlham Əliyevi prezident seçməklə necə düzgün addım atdığını ,haqlı olduğunu sübuta yetirir. Bu bir daha sübut edir,seçkilər xalqın iradəsini əks etdirib, Azərbaycan xalqı,görülən işlərə səs verib,inkişafa,tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs verib!

Vahidli Aydan Zahir qızı-Çallı kənd tam orta məktəbin ibtidai sinif müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki