image-qanunla-reklam
image-88

Prezident İlham Əliyev 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edib

image-lady-day-az

Prezident İlham Əliyev 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edib.

“Cənub qaz dəhlizi”nin başa çatdırılması Prezident İlham Əliyevin enerji siyasətinin təntənəsidir

Son günlər tam istifadəyə hazırlanmış Cənub Qaz Dəhlizi layihəsi Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji layihəsidir. 2014-cü ilin sentyabrın 20 -də təməli qoyulan bu layihə 31 dekabr 2020-ci ildə Azərbaycanın təbii qazının Avropa bazarına tədarükə başlanması ilə reallığa çevrilmişdir. Böyük eneji layihəsi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir. Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında prezident İlham Əliyev bu layihəni XXI əsrin ən böyük layihələrindən biri kimi qiymətləndirmişdir.
“Cənub qaz dəhlizi”nin başa çatdırılması Prezident İlham Əliyevin enerji siyasətinin təntənəsidir. Bu nəhəng enerji infrastrukturu Azərbaycanın qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirəcək, eyni zamanda dövlət büdcəsi gəlirlərinin daha da artmasını, ölkəyə valyutanın davamlı şəkildə daxil olmasını təmin edəcəkdir.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

2020-Cİ ILDƏ VƏTƏN MÜHARİBƏSİ NƏTİCƏSİNDƏ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN QAZLAŞDIRILMASI ÜÇÜN ƏLAVƏ HƏCMDƏ QAZA EHTİYAC VAR

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçirilir və gələcək addımlar planlaşdırlır.   Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividentlər əldə edəcək. Bununla da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq.
2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması üçün əlavə həcmdə qaza ehtiyac var. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Ona görə də, əlavə qaza ehtiyac var. İşğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir.
Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialının əsasən daxili istehlaka hesablandığını qeyd edən cənab Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdə olduğuna diqqət çəkmişdir. Ölkəmizdə böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin – 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilməsi bu istiqamətdə görülən işlərdəndir. Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün ölkəmiz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olarsa, ixrac üçün daha çox qaza qənaət edilə bilər.
Çıxışı zamanı cənab Prezident İlham Əliyev Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqramın olduğunu bildirmişdir. İlkin rəqəmlərə əsasən Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur və bu potensialın inkişafı ilə bağlı artıq aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bir sözlə, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

 

Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı  çıxışı zamanı Prezident cənab İlham Əliyev layihə iştirakçıları olan ölkələrin bir komanda olaraq gördükləri effektli işlərdən bəhs etdi. Hər il yeni nailiyyətlərin qeyd olunduğunu qeyd edən ölkə başçısı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasını bütün iştirakçı dövlətlərin nailiyyəti olduğunu vurğuladı.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Belə ki, Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr, yerdə qalan həcm isə Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.
Azərbaycan həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var. Ölkəmiz neft ixracatına 2006-cı ildən başlayıb və bu müddətdə təchizatda heç bir fasilə olmamış, müqavilə şərtləri pozulmamışdır. Çünki Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin arxasında heç bir siyasi gündəm olmayıb. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artmaqdadır.
Hazırda ölkəmizin isbat edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı məlumdur. Texnologiyaların sürətlə inkişafı deməyə əsas verir ki,  Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Ən böyük yataq “Şahdəniz”dir  ki, onun da ehtiyatı bir trilyon kubmetrdir. Digər layihələrin də üzərində işlərin aparıldığını bildirən ölkə başçısı ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacağını və birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacağını açıqlamışdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı  çıxışı zamanı Prezident cənab İlham Əliyev yaxşı nəticə verəcəyinə ümid bəslənilən digər böyük yataqlar “Babək”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” haqqında da məlumat vermişdir.
Ölkə başçısı Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu və əhalinin sayının artması ilə əlaqədar qaza olan daxili tələbatın  artdığını qeyd etmişdir. Eyni zamanda, sənayenin inkişafı da daxili təlabatın artması ilə nəticələnir.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

 

AZƏRBAYCAN HƏMİŞƏ BEYNƏLXALQ BAZARLARA  ENERJİ RESUSLARININ ETİBARLI TƏCHİZATÇISI OLMUŞDUR

Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir. Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Bu gün Xəzər hövzəsində çoxlu sayda ölkəyə iqtisadi fayda gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Qeyd edək ki, Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub.
Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Qeyd etdiyimiz kimi Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir.
Prezident  İlham Əliyev 4 fevral 2022-ci il tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.
2020-ci ilin sonunda Azərbaycanın müasir tarixinin növbəti əlamətdar hadisələrindən biri baş verdi: Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz həmin il dekabrın 31-də Avropaya çatdırıldı. Bu, Vətən müharibəsindəki şanlı Zəfərdən sonra xalqımızı və dövlətçiliyimizi şərəfləndirən növbəti tarixi uğur idi.
Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı  ölkələrdəndir.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq

Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir. Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.
2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaqdır.
Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olub

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışı zamanı Prezident cənab İlham Əliyev layihə iştirakçıları olan ölkələrin bir komanda olaraq gördükləri effektli işlərdən bəhs etdi. Hər il yeni nailiyyətlərin qeyd olunduğunu qeyd edən ölkə başçısı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasını bütün iştirakçı dövlətlərin nailiyyəti olduğunu vurğuladı.
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Belə ki, Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr, yerdə qalan həcm isə Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.
Azərbaycan həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var. Ölkəmiz neft ixracatına 2006-cı ildən başlayıb və bu müddətdə təchizatda heç bir fasilə olmamış, müqavilə şərtləri pozulmamışdır. Çünki Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin arxasında heç bir siyasi gündəm olmayıb. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artmaqdadır.
Hazırda ölkəmizin isbat edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı məlumdur. Texnologiyaların sürətlə inkişafı deməyə əsas verir ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Ən böyük yataq “Şahdəniz”dir ki, onun da ehtiyatı bir trilyon kubmetrdir. Digər layihələrin də üzərində işlərin aparıldığını bildirən ölkə başçısı ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacağını və birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacağını açıqlamışdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışı zamanı Prezident cənab İlham Əliyev yaxşı nəticə verəcəyinə ümid bəslənilən digər böyük yataqlar “Babək”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” haqqında da məlumat vermişdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

İşğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir

Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. “Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.” Bu, Prezident İlham Əliyevin qətiyyətidir. Dövlətimizin başçısı Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.
Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək üçün imkanlardan səmərəli istifadə olunur . Bu da deməyə əsas verir ki, həmin istiqamətdə görülən işlər ölkəmizin daha böyük sosial-iqtisadi inkişafına xidmət edəcək.

Kəmalə Əliyeva-Qaravəlli kənd tam orta məktəbin direktoru

 

Cənub Qaz Dəhlizi XXl əsrin ən böyük layihələrindən biridir

Cənub Qaz Dəhlizi – Cənubi Qafqaz qaz boru kəmərini genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. “Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq.

Rəqibə Məmmədova-Zərdab şəhər ümumi orta məktəbin direktoru

 

Cənub Qaz Dəhlizi

Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq .Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bununla əlaqədar Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəliblər. Bu və ya digər layihələrin Azərbaycanımız üçün həmişə uğurlu olmasını diləyirik.

Şəhla Eminova –əməkdar müəllim

 

Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq

Cənub Qaz Dəhlizi – Cənubi Qafqaz qaz boru kəmərini genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. “Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq.

Gülağa İsgəndərov – Rayon Təhsil şöbəsinin müdiri

 

Qarabağ “yaşıl enerji” zonasına çevrilir

Qarabağ “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanmışdır. “Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.” Bu, Prezident İlham Əliyevin qətiyyətidir. Dövlətimizin başçısı Qarabağı və Şərqi Zəngəzuru  “yaşıl enerji” zonası elan etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi   potensialı var.
Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İşğaldan azad edilmiş ərazilərimizdə  “yaşıl enerji”  zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək  üçün   imkanlardan səmərəli   istifadə  olunur .  Bu   da deməyə əsas verir ki, həmin  istiqamətdə  görülən işlər  ölkəmizin   daha böyük  sosial-iqtisadi inkişafına xidmət edəcək.

Aqil Məmmədov – Rayon Təhsil şöbəsinin əməkdaşı

 

İşğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var. Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.
Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür. Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür. Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.
Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər. Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

Qanunla.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki