image-qanunla-reklam
image-mezahir-penahov

Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışdı

image-lady-day-az

Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb.

 

Qanunla.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb:

 

“Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur”.

 

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib:

 

“Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki